Page 69 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 69
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

tәrәfindәn bu ölkәyә tәzyiqlәr artmaqdadır. Bәs Rusiya
Ermәnistandakı bazaları üçün hәrbi dәhliz kimi Gürcüstan
әrazisindәn istifadә etmәk istәsә necә olacaq? Tәcrübәsiz
Gürcüstan hökumәti Birlәşmiş Ştatların dәstәyini almasa,
bu mәsәlәyә hansı reaksiyanı verәcәk?

Hadisәlәrin bu cür inkişafı ABŞ üçün ciddi mәnfi
nәticәlәrә gәtirib çıxara bilәr. Azәrbaycan vә Gürcüstanın
hәr hansı birinin bu mәsәlәlәrdә zәiflik nümayiş etdirmәsi
rәsmi Moskvanın Əfqanıstandan gәlәn әks-tranzit yollar
üzәrindә nәzarәtә yiyәlәnmәsinә gәtirib çıxaracaq. Bu isә
rәsmi Vaşinqtonun Mәrkәzi Asiya regionuna girişinin
bağlanması demәkdir. Bütün bu mәnfi nәticәlәrlә
üzlәşmәmәk üçün Obama administrasiyası Qafqazdakı
müttәfiqlәrinә – Azәrbaycan vә Gürcüstana dәstәk verәcәyini
vәd etmәli vә belә demәk olarsa, onları sığortalamalıdır.

ABŞ rәsmilәri “sıfır siyasәti”nin bir daha tәtbiq
edilmәyәcәyinә söz vermәlidirlәr. Başqa sözlә, Birlәşmiş
Ştatların regiona bağlılığı Kremlin reaksiyasından asılı
olmamalıdır. ABŞ diplomat vә hәrbçilәrinin yüksәk sәviyyәli
sәfәrlәri rәsmi Vaşinqtonun regionda tәhlükәsizlik
mәsәlәlәrinә ciddi yanaşdığını göstәrmәli, hәmçinin müdafiә
vә digәr ikitәrәfli әlaqәlәr daha da genişlәndirilmәlidir.

Barak Obama NATO-nun qarşıdakı sammitindә
Gürcüstanın üzvlük mәsәlәsinә baxılması üçün bu ölkәyә
dәstәyini әsirgәmәmәlidir. Azәrbaycan hökumәti Birlәşmiş
Ştatlardan bunu istәmәsә dә, rәsmi Vaşinqton NATO ilә
әmәkdaşlığın genişlәndirilmәsi yolunda rәsmi Bakı ilә
mәslәhәtlәşmәlәr aparmalı vә Dağlıq Qarabağ münaqişәsinin
tәnzimlәnmәsindә öz rolunu artırmalıdır.

Birlәşmiş Ştatlar regionun tәhlükәsizlik mәsәlәlәrini öz
üzәrinә götürdüyü tәqdirdә Cәnubi Qafqaz Rusiyaya qarşı
güclü bir istehkam rolunu oynaya bilәr.

69
   64   65   66   67   68   69   70   71   72   73   74