Page 65 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 65
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Qara dәniz vasitәsilә ayrılan Ukrayna vә Cәnubi Qafqaz
ölkәlәrinin taleyi, әslindә, bir-biri ilә sıx bağlıdır. Bu ölkәlәr
Vladimir Putinin Belarusiyadan Tacikistana qәdәr uzanacaq
“Avrasiya imperiyası” arzusunda mühüm yer tutur. Ukrayna
olmadan, heç bir Avrasiya İttifaqından söhbәt gedә bilmәz.
Cәnubi Qafqaz dәhlizi üzәrindә nәzarәti әlә almadan, Xәzәr
dәnizi vә Mәrkәzi Asiyada uğur qazanmaq mümkün deyil.

Avropanı Avrasiyanın “ürәyi” ilә birlәşdirәn Şәrq-Qәrb
dәhlizi Birlәşmiş Ştatların xarici siyasәtinin ikipartiyalı
uğurudur. ABŞ XX әsrin 90-cı illәrindәn etibarәn keçmiş
SSRİ ölkәlәrinin müstәqillik vә suverenliyini dәstәklәyir,
Xәzәr dәnizinin neft vә qaz sәrvәtlәrinin inkişafına kömәk
edir. Mәhz rәsmi Vaşinqton Xәzәr neftinin Avropa bazarlarına
ixrac edilmәsindә hәlledici rol oynamışdır.

2001-ci ilin 11 sentyabr terror aktı bu dәhlizin elә ABŞ-ın
özünün milli tәhlükәsizliyi üçün dә böyük әhәmiyyәt kәsb etdiyini
göstәrdi. Postsovet ölkәlәrinin terrorla mübarizәdәABŞ-la ittifaqa
tәşәbbüs göstәrmәsi onların rәsmi Moskvadan asılı olmayan
müstәqil siyasәt yürütmә imkanları ilә mütәnasibdir. İranın bu
mәsәlәdәn kәnar qalması vә Rusiyanın bir çox şәrtlәr irәli sürmәsi
Gürcüstan vәAzәrbaycan hava mәkanını NATO-nu Əfqanıstanla
birlәşdirәn әn etibarlı hava dәhlizi edir. Hәmçinin, Əfqanıstanda
hәyata keçirilәn hәrbi әmәliyyatlarda maddi-texniki tәchizat
mәsәlәlәrinin üçdә biri Gürcüstan vә Azәrbaycanı birlәşdirәn
körpü vasitәsilә hәyata keçirilir.

Qeyd edәk ki, son 5 ildә ABŞ prezidenti Barak Obamanın
“sıfır siyasәti” qeyd olunan kiçik dövlәtlәr hesabına Rusiya ilә
әlaqәlәrin bәrpasını nәzәrdә tuturdu. Bәzi postsovet ölkәlәrinin
liderlәri tәhlükәsizlik mәsәlәlәrindә ABŞ-ın iştirakından imtina
etmәyә başladı. Şübhәsiz ki, buna qәrbyönümlü siyasәt yürüdәn
ölkәlәrә Rusiya tәrәfindәn edilәn tәzyiqlәr sәbәb olmuşdur.

Ukrayna mәsәlәsindә pislәşәn ABŞ-Rusiya münasibәtlә-
rinin doğurduğu mәnfi nәticәlәr yalnız bu keçmiş SSRİ

65
   60   61   62   63   64   65   66   67   68   69   70