Page 63 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 63
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Bu Qafqaz ölkәsi 2012-ci ildә “Qazprom”u 1.5 milyard
kubmetr qazla tәmin edib. Tәbii ki, Putini Seçin vә Əlәkbәrov
kimi neft maqnatlarının da müşayiәt etdiyini nәzәrә alsaq,
iki dövlәt başçısının müzakirә olunası mövzuları çox idi.

Digәr tәrәfdәn, Azәrbaycanın müstәqil enerji ixracatçısı
vә Mәrkәzi Asiya resurslarının Avropaya nәqlindә başlıca
tranzit ölkә kimi artmaqda olan rolu Rusiyanı narahat edir.
Belә ki, Rusiya Avropa bazarları üçün әsas neft vә qaz
tәchizatçısı olmağa adәt edib.

Bununla belә, Rusiya Azәrbaycanın enerji sәrvәtindәn
pay götürmәk istәyәrdi. Bu ölkәnin nәhәng dövlәt neft
şirkәti olan “Rosneft” Abşeron qaz layihәsinә qoşulmaqda
maraqlıdır. Bu amil “Rosneft”i digәr rus nәhәngi “Qaz-
prom”la rәqabәt şәraitindә Avropanın gәlirli qaz bazarına
çıxara bilәr. Sәfәr vaxtı Rusiya vә Azәrbaycan dövlәt neft
şirkәtlәrinin rәhbәrlәri, müvafiq olaraq “Rosneft”dәn Seçin
vә “SOCAR”dan Rövnәq Abdullayev enerji sahәsindә
әmәkdaşlıq razılaşması imzaladılar.

Ermәnistan-Azәrbaycan-Dağlıq Qarabağ münaqişәsi
iki ölkә arasında başlıca әngәl olaraq qalsa da, Putinin
sәfәri dә bu mәsәlәyә yenilik gәtirmәdi. Rusiya prezidenti
bu münaqişәnin müharibә deyil, “siyasi” yolla hәll edilmәli
olduğunu bir daha qeyd etdi. Bu, hәrbi büdcәsi Ermәnistanın
ümumi dövlәt büdcәsindәn çox olan Azәrbaycana, bәlkә
dә, bir ismarıc idi. Mәlum olduğu kimi, Rusiyadan da silah
alan Azәrbaycanın karbohidrogen ehtiyatları sayәsindә
әldә etdiyi gәlirlәri onun hәrbi imkanlarını artırmaqdadır.

Kreml bu uzun sürәn münaqişәnin potensial hәllinә
gәtirib çıxaracaq yeni tәşәbbüs vә tәkliflәri müzakirә etmәyә
hazır deyil. Bu, әsasәn, ondan irәli gәlir ki, Dağlıq Qarabağ
Rusiyanın Cәnubi Qafqazda siyasi vә hәrbi mövcudluğunu
tәmin edir.

O vaxtkı prezident Dmitri Medvedyev tәrәfindәn aparılan
dördillik meditasiya nәticәsindә Kreml bölgәdә fәaliyyәtini

63
   58   59   60   61   62   63   64   65   66   67   68