Page 71 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 71
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Mәlumdur ki, hәr tәrәfdәn quru ilә әhatә olunan Xәzәr
dәnizinin okeanla birbaşa әlaqәsi yoxdur. Hәmçinin beş
sahilyanı dövlәtdәn üçünün – postsovet ölkәlәri olan
Azәrbaycan, Qazaxıstan vә Türkmәnistanın da dünya
okeanına birbaşa çıxışı bağlıdır. Bu o demәkdir ki, yanacağın
daşınması vә çatdırılması üçün boru kәmәrlәri yeganә vasitә
olaraq qalır. Bu isә, öz-özlüyündә, regional rәqabәtә vә
gәrginliyә, ixrac marşrutları sәbәbindәn qeyd olunan üç
ölkәnin qonşularından asılı vәziyyәtә düşmәsinә sәbәb olur.

Nәhayәt, Xәzәr dәnizinin bu günә qәdәr hәll olunmayan
hüquqi status mәsәlәsi, Qafqaz regionunda hәllini tapmayan
bir sıra mübahisәli mәqamlar vә tәklif olunan, lakin hәyata
keçmәyәn yeni boru kәmәri layihәlәri dә bu “oyun”a şәrait
yaradan amillәrdәndir.

Avropa Birliyinә görә, “Nabukko” layihәsi, qismәn dә
olsa, Rusiyadan asılılığa son qoyacaq.

Ümumiyyәtlә, Rusiyanın Xәzәr regionunda uzunmüddәtli
iştirakı vә bu әrazi ilә hәlә dә maraqlanmağa meyilli olması
iki amillә әlaqәdardır: geosiyasi vә geoiqtisadi.

I Pyotrun dövründәn başlayaraq, Rusiyanın geosiyasi
imperativi strateji dәrinliyi daha da artırmaqdan ibarәt idi.
Bu imperativ imperiyanın cәnub vә cәnub-qәrb sәrhәdlәrinin
tәhlükәsizliyinin tәminatını tәlәb edirdi.

Tәhlükәsizliyin geosiyasi imperativi Rusiyanı Balkan
yarımadası, Qara dәniz, Qafqaz vә Xәzәr bölgәsindә hökm-
ranlıq uğrunda amansız müharibәlәrlә üz-üzә qoymuşdu.
İstәr orta әsrlәr, istәrsә dә yeni dövrdә Rusiya qeyd olunan
әrazilәrdә Habsburqlar sülalәsi, Osmanlı imperiyası, İran
vә Britaniya ilә mübarizә aparmışdı.

Xәritәdә Rusiyanın qәrb vә cәnub-qәrb bölgәlәrinә ötәri
nәzәr salsaq, görәrik ki, Qafqaz, Kopetdağ vә Karpat kimi
dağ silsilәlәri, Xәzәr vә Qara dәniz olmadan, bu ölkәnin
qeyd edilәn sәrhәdlәri müdafiәsiz qalardı.

Tarixi baxımdan bu bölgәdә Rusiyanın әsas rәqibi
Osmanlı imperiyası olub. Sonuncunun tarix sәhnәsindәn
silinmәsindәn sonra qeyd olunan әrazilәr Britaniya vә
Rusiyanın tәsir dairәsi altına düşüb.

71
   66   67   68   69   70   71   72   73   74   75   76