Page 77 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 77
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

ona әnәnәvi “Rusiya şәrdir” düşüncәsi ilә deyil, fәlakәtli
nәticәlәrә gәtirib çıxaracaq hәssas regional problem kimi
yanaşmalı idilәr.

Qlobal Enerji Tәhlükәsizliyi İdarәsi Azәrbaycanın
oynayacağı rolu nәzәrdәn keçirir1

Qonaqlar arasında ABŞ Nümayәndәlәr Palatasının üzvü
Cim Bridenstin vә Azәrbaycanın Birlәşmiş Ştatlardakı
sәfiri Elin Süleymanov da var idi

Ukraynada mövcud gәrginliyi nәzәrә alsaq, bazar günü
Oklahoma Universitetindә baş tutmuş ictimai forumun
әsas mövzusunun “Regional vә qlobal siyasi sabitlikdә
Azәrbaycanın rolu” olması bir qәdәr müәmmalı görünür.

Xüsusilә dә, bu günlәrdә televiziya ekranlarında hamılıqla
seyr edilәn qolf ustalarının yarışını, elәcә dә qәrbdәn әsәn
güclü külәyi buna әlavә etsәk, müәmma daha da artır.

70 nәfәrlik auditoriya konqresmen Cim Bridenstinә vә
sәfir Elin Süleymanova saysız-hesabsız suallar verdi.
Nәhayәt, hava qaraldığından, hamıya evә getmәk mәslәhәt
görüldü.

Elin Süleymanov: “Bir il bundan öncә region hüdudlarından
kәnarda çox az adam Azәrbaycan neftinin Türkiyәdәn keçmәklә
Adriatik dәnizinә qәdәr boru kәmәrlәri vasitәsilә ötürülmәsini
nәzәrdә tutan layihәyә maraq göstәrirdi. Bu gün hәr kәs bunu
anlayır”.

Oklahoma ştatının milli qvardiyası ilә Azәrbaycan Milli
Ordusu arasında on il boyunca әlaqәlәr mövcud olub. Bu
әmәkdaşlıq Xәzәr dәnizinin qәrb sahilindә yerlәşәn bu
dövlәtlә yeni münasibәtlәrin qurulmasına tәkan verdi.

ABŞ vә Azәrbaycan arasında yaranmış münasibәtlәr
bir müddәt diqqәtdәn kәnarda qalsa da, Cim Bridenstin

1 http://www.tulsaworld.com/news/local/global-energy-security-town-hall-looks-
at-role-of-azerbaijan/article_04d48b14-3041-52ab-9259-3c3152d34a17.html
Posted: Monday, April 14, 2014 by Randy Krehbiel World Staff Writer

77
   72   73   74   75   76   77   78   79   80   81   82