Page 81 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 81
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

APCO Azәrbaycanın maraqlarını müdafiә edir1

“APCO Woredvide” şirkәti – әhalisinin 90%-i İslam
dininә sitayiş edәn, Rusiya vә İranla hәmsәrhәd olan
Azәrbaycanın imicini möhkәmlәndirmәk üçün iki ay
müddәtinә saziş imzalayıb.

Rәsmi Moskvanın Ukrayna “sәrgüzәştlәri” vә buna
cavab olaraq Rusiyaya qarşı ABŞ-Avropa Birliyinin
sanksiyaları AB ölkәlәrinin enerji tәchizatçısı qismindә
çıxış edәn Azәrbaycanın strateji әhәmiyyәtini artırır.

Rusiya AB ölkәlәrinin qaz vә neft tәlәbatlarının müvafiq
olaraq 1/3 vә 1/4-ni ödәyir.

Oklahoma ştatından olan respublikaçı konqresmen Cim
Bridenstin Talsa şәhәrindә aprel ayının 14-dә keçirilәn
enerji forumuna qonaq qismindә Azәrbaycanın Birlәşmiş
Ştatlardakı sәfiri Elin Süleymanovu da dәvәt edib.

Forumda hal-hazırda Azәrbaycandan Türkiyәyә, oradan
da İtaliyaya qazın çatdırılmasına xidmәt edәn boru kәmәrinin
yaxın 5 il әrzindә genişlәndirilmәsi mәsәlәsi müzakirә edil-
di.

“AB-nin enerji ixracatında ABŞ vә Azәrbaycan kimi
ölkәlәrin yer tutması Avropanın Rusiyadan enerji asılılığının
sona çatması mәnasını verәcәk”, – deyә, Bridenstin bildirib.

APCO-nun imzaladığı müqavilә ABŞ-da fәaliyyәt
göstәrәn Azәrbaycanın Dostları Assambleyası (AFAZ)
tәrәfindәn maliyyәlәşir.

Azәrbaycan Respublikasının Dövlәt Neft Şirkәti (ARDNŞ)
vә “Practical Solutions Group” şirkәti Assambleyanın
üzvlәrini müәyyәn edir.

1 http://www.odwyerpr.com/story/public/2255/2014-04-16/apco-advocates-for-
azerbaijan.html by Kevin McCauley Wed., Apr. 16, 2014

81
   76   77   78   79   80   81   82   83   84   85   86