Page 53 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 53
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

narahatlığı var. Onlar terrorçuların zәrәrsizlәşdirildiyi vә
kütlәvi qırğın silahlarının azaldığı daha tәhlükәsiz vә
mütәrәqqi dünya arzu edir.

2001-ci il 11 sentyabr hadisәlәrindәn dәrhal sonra Amerika
terrorizmlә mübarizәdә Azәrbaycanın qәtiyyәtli addımlarının
şahidi oldu. Azәrbaycan öz hava mәkanından uçuş icazәsi
vermәklә vә daha sonra Amerika әsgәrlәri ilә birgә xidmәt
üçün qoşun birlәşmәlәri göndәrmәklә, Əfqanıstanda “Davamlı
Azadlıq Əmәliyyatı”na ilkin yardımını göstәrmiş oldu.
Hazırda Əfqanıstanda sabitlik tәdbirlәri üçün gәrәkli olan
tәchizatın quru, su vә hava yolu ilә daşınmasında Azәrbay-
canın әlverişli strateji mövqeyindәn istifadә olunur. Əf-
qanıstandakı ABŞ qoşunlarına göndәrilәn avadanlığın üçdә
birindәn çoxu Bakı üzәrindәn quru vә hava yolu ilә daşınır.
Azәrbaycan terrorizmlә mübarizәdә verdiyi vәdә sadiq
qalaraq, NATO qoşunlarının gәlәn il bölgәdәn çıxarılacağından
sonra da Əfqanıstan tәhlükәsizlik qüvvәlәrinә yardım
göstәrәcәyini vurğulayıb.

Birlәşmiş Ştatların Xәzәr regionunda davamlı әmәk-
daşlıqda maraqlı olan etibarlı müttәfiqinin olması çox müsbәt
haldır. Bir çoxları bu postsovet ölkәsindә demokratik islahatlar
üçün әlavә addımlar atılmasına ehtiyac duyulduğunu bildirsә
dә, Azәrbaycanın on illәrlә davam etmiş kommunist idarә
üsulundan iqtisadi tәrәqqi vә azadlıq yoluna keçid etmәsi
ümidverici haldır.

Azәrbaycan mühüm enerji tәminatçısına çevrilib vә
ixracat marşrutlarının, Rusiya enerjisindәn hәddindәn çox
asılı olan Avropadakı müttәfiqlәrimizә doğru diversifikasi-
yasının vacibliyini başa düşür. Bakıdan başlayan yeni qaz
kәmәrlәri qlobal enerji bazarlarında Azәrbaycanın artmaqda
olan liderliyini möhkәmlәndirir vә NATO üzrә müttәfiqlә-
rimizә Kremlin nәzarәtindә olmayan enerji resurslarından
yararlanmağa imkan yaradır.

Mәn hәr iki siyasi partiyadan olan hәmkarlarımla birgә
bu uğurların davam edәcәyinә vә ikitәrәfli әmәkdaşlığın
dәrinlәşәcәyinә ümid edirәm. Ötәn ilin iyun ayında ABŞ-ın

53
   48   49   50   51   52   53   54   55   56   57   58