Page 51 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 51
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Kollektiv Tәhlükәsizlik Müqavilәsi tәşkilatını yaratmaq
tәşәbbüsü artıq sürәtlә reallaşmaqdadır. Ermәnistanın
Rusiya ilә tarixәn yaxın hәrbi әmәkdaşlığı onun NATO ilә
bağlı arzu vә perspektivlәrinә әngәl törәdә bilәr.

NATO-nun 2004-cü il May sammitinin bu tәşkilatda
çoxillik tәcrübәyә malik, hәmçinin Cәnubi Qafqazda
sabitliyin hökm sürmәsindә ciddi maraqları olan Türkiyәdә
keçirilәcәyini nәzәrә alaraq, bu ölkәnin ABŞ-ın әvәzolunmaz
müttәfiq olması bir daha tәsdiqini alır. Bu dünyәvi, Qәrb
yönümlü müsәlman ölkәsinin İraqdakı hadisәlәrә vә
Əfqanıstandakı sülhmәramlı qüvvәlәrә davamlı hәrbi
yardımı da NATO üçün çox әhәmiyyәtlidir. Çünki onun
tәhlükәsizlik konsepsiyası yeni çağırışlara uyğundur.
Bundan başqa, Türkiyә Qafqazda Rusiya vә İranın
maraqlarını Qәrb yönümlü üsulla tarazlaşdıra bilәn yeganә
regional qüvvәdir.

Türkiyәnin belә bir tarixi rolu oynaya bilmәsi üçün
onun sonuncu soyuq müharibә sәrhәdini – Türkiyә-
Ermәnistan sәrhәdlәrini açması әhәmiyyәtlidir. Belә bir
addım vә Ermәnistan-Türkiyә әlaqәlәrinin bәrpası sayәsindә
Rusiya özünün Cәnubi Qafqazdakı dayağını itirәcәk.
Türkiyәnin “qәdim Avropa divarlarının yıxılması” ruhunda
sәrhәdlәrin açılması ilә bağlı bir neçә müsbәt xarakterli
bәyanatlar vermәsinә baxmayaraq, Dağlıq Qarabağ
münaqişәsi hәll olunmadan rәsmi Ankaranın bu addımı
atması real görünmür.

Dağlıq Qarabağ vә Abxaziya münaqişәsi Azәbaycanda
vә Gürcüstanda yalnız legitim vә güclü prezident ( iqtisadi
islahatlar aparan, demokratiyanı möhkәmlәndirәn vә insan
kapitalına investisiya edәn şәxs) tәrәfindәn hәll oluna bilәr.
Son on il әrzindә Cәnubi Qafqaz keçid mәrhәlәsindә

51
   46   47   48   49   50   51   52   53   54   55   56