Page 55 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 55
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

verir. Bu keçmiş sovet respublikası hәlә dә demokratiyaya
keçid etmәkdәdir vә orada baş verәnlәr, xüsusilә dә
Rusiyanın varlığı nәzәrә alındıqda, ABŞ maraqları üçün
son dәrәcә önәmlidir. Birlәşmiş Ştatlar Azәrbaycanda iki
әsas mәsәlәnin – enerji vә sülh mәsәlәlәrinin tәnzimlәn-
mәsindә daha güclü rol oynamalıdır.

1990-cı illәrin әvvәllәrindә ABŞ-ın başlıca mәqsәdi
Avropanın tәbii qaz tәminatı yollarını şaxәlәndirmәk vә
Rusiyanın mavi yanacağına alternativlәr yaratmaq idi. Bu
gün Xәzәr dәnizi regionundan başlayacaq “Cәnub Qaz
Dәhlizi”nin yaradılmasına dair elan edilmiş saziş “Trans-
Anadolu boru kәmәri”nin simasında mәhz bu mәqsәdә
xidmәt edәcәk.

Azәrbaycan Dövlәt Neft Şirkәti (SOCAR), “BP”, “Statoil”,
“TOTAL” “Lukoil”, “NICO” vә “TPAO” kimi xarici
şirkәtlәrin daxil olduğu konsorsium arasında 100 milyard
dollarlıq saziş imzalanmışdır. Bu razılıq nәticәsindә növbәti
iyirmi beş il әrzindә Xәzәr dәnizinin Azәrbaycana aid
hissәsindә yerlәşәn “Şahdәniz” yatağının yeni resursları
hasil olunaraq üç yeni boru kәmәri şәbәkәsi vasitәsilә Gür-
cüstana, Yunanıstana vә Adriatik dәnizinin dibi ilә İtaliyaya
nәql edilәcәk.

2012-ci ildә Avropanın tәbii qaz idxalının 34 faizi
Rusiyanın payına düşürdü vә o, gәlәn il әsas tәchizatçı
olaraq, Norveçi geridә qoya bilәr. Lakin bu tәchizat son
onillikdә rәsmi Moskva ilә qonşuları arasında yaranan bir
sıra narazılıqlardan irәli gәlәrәk, dәfәlәrlә dayandırılıb.
Misal üçün, 2009-cu ildә Rusiyanın “Qazprom” şirkәti
ödәniş mübahisәlәri ilә әlaqәdar, Ukrayna üzәrindәn
Avropanın 15 ölkәsinә tәbii qaz nәqlini dayandırmışdı. Be-
larusiya, Gürcüstan, Latviya, Litva vә Moldova ilә dә oxşar
problemlәr yaşanmışdı.

Azәrbaycandan başlayacaq yeni boru kәmәri Avropanın
әksәr hissәsini Rusiyadan tәbii qazın qeyri-sabit nәqli
tәhlükәsindәn azad edәcәk. Bu nәticә ABŞ vә Avropa

55
   50   51   52   53   54   55   56   57   58   59   60