Page 49 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 49
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

olmayan zәif prezident isә nә mühüm islahatlar hәyata
keçirә, nә dә Qarabağ münaqişәsinin hәlli üçün vacib olan
güzәştlәrә gedә bilәr.

Azәrbaycanda növbәti prezidentin legitimliyә malik
olması üçün azad vә әdalәtli seçkilәrin keçirilmәsi son
dәrәcә әhәmiyyәtlidir. 1991-ci ildәn bәri Azәrbaycanda
dinc yolla hakimiyyәt dәyişikliyi olmamışdır vә ümid
edirik ki, oktyabr seçkilәri dönüş nöqtәsi olacaq. Yeni prezi-
dent seçkilәrdәn sonra öz qәrargahına gәlәcәk, sәlahiyyәt
müddәti bitәnәdәk vәzifәsini icra edәcәk. Heydәr Əliyev
30 ildәn çox Azәrbaycanı idarә etmişdi, çoxsaylı regional
vә maraqlı qrupların mәnafelәrini tәnzimlәmәk üçün tәcrübә
vә nüfuza malik idi. Azad vә әdalәtli seçkilәrin keçirilmәsi
gәlәcәk prezident üçün çox vacib şәrtdir. Çünki bu postda
әylәşәn şәxs kim olursa-olsun, istәr ölkәnin, istәrsә dә
müxtәlif maraqlı dairәlәrin üzәrindә öz hakimiyyәt vә
nәzarәtini möhkәmlәndirmәsi onun üçün mürәkkәb bir
vaxta tәsadüf edәcәk.

Azәrbaycandakı seçki vә seçkidәn sonrakı proseslәr
digәr müsәlman ölkәlәrindәn dә tәsirsiz ötüşmәyәcәk.
Azәrbaycan neftlә zәngin bir müsәlman ölkәsi, hәmçinin
demokratik, dünyәvi vә qәrb yönümlü bir ölkә kimi, uğur
vә ya uğursuzluqları ilә birlikdә ABŞ-ın yaxın müttәfiqi
kimi, İslam dünyasının, xüsusәn dә neftlә zәngin ölkәlәrin
demokratiklәşmә perspektivlәri müstәvisindә etalon rolunda
çıxış edәcәk.

Yaxın perspektivdә Azәrbaycanın seçki nümunәsi
Gürcüstandakı seçkilәrә dә bir örnәk olaraq tәsir göstәrәcәk.
Müsbәt tarixi vәrәsәlik yaratmaq baxımından Eduard
Şevardnadzenin nümunәvi axtarışları çox әhәmiyyәtlidir.
Bundan başqa, bütün maraqlı tәrәflәr ayrı-ayrı gürcü
siyasәtçilәrini, xüsusilә seçkilәr zamanı, silahlı dәstәlәrdәn
siyasi nüfuz alәti kimi istifadә etmәk fikrindәn daşındır-

49
   44   45   46   47   48   49   50   51   52   53   54