Page 239 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 239
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà
Avropa Birliyi vә eyni zamanda, NATO ölkәlәri üçün
Azәrbaycan “әsas qaz tәchizatçısı” hesab edilir.
Azәrbaycanın strateji әhәmiyyәtinin vurğulandığı bu
mәruzәdә Xәzәr dәnizindә yerlәşәn “Şahdәniz” yatağından
qazın Türkiyә vasitәsilә AB ölkәlәrinә çatdırılmasını nәzәrdә
tutan “Trans-Adriatik boru kәmәrinin (“TAP”)” çәkilmәsinin
sürәtlәnmәsinә çağırışlar sәslәndirilir.
“TAP”ın rәsmi saytında bildirilir: “Şahdәniz” yatağından
çıxarılan qaz “TAP” boru kәmәri vasitәsilә Yunanıstan, Albaniya
vә Adriatik dәnizindәn keçmәklә İtaliyanın cәnub sahillәrinә,
oradan da Qәrbi Avropaya nәql edilәcәk. “TAP” kәmәri Xәzәr re-
gionundan cәlbedici Avropa bazarlarına doğru istiqamәtlәnәn әn
qısa vә әlverişli marşrut hesab olunur”.
Mәruzәdә, hәmçinin deyilir: “Enerji ticarәti sahәsindә
Qәrblә әmәkdaşlığa hazır olan Azәrbaycan әsas tәchizatçı qismindә
çıxış edәcәk. Son 20 ildә rәsmi Bakı “TAP” layihәsindәn Qәrblә
sıx әlaqәlәr qurmaq üçün istifadә etmәk niyyәtindә idi. Lakin
yeni nәhәng boru kәmәri şәbәkәsinin böyük xәrclәr tәlәb etmәsi,
habelә haqqında söhbәt açılan Qafqaz ölkәsinә qonşuları olan
Rusiya vә İran tәrәfindәn tәzyiqlәrin getdikcә artması layihәnin
reallaşacağını şübhә altında qoyurdu. Azәrbaycan tәrәfi üçün
Qәrblә enerji ticarәtinin alternativi kimi, Rusiya ilә әmәkdaşlıq
ola bilәrdi. Lakin bu addımın elә dә perspektivli olmayacağı
qabaqcadan mәlum idi”.
Mәruzәnin sonunda ABŞ Xarici İnvestisiyalar Komitәsi,
Ticarәt vә İnkişaf Agentliyi, Avropa Yenidәnqurma vә
İnkişaf Bankı vә Avropa İnvestisiya Bankına NATO
ölkәlәrinin mayelәşdirilmiş tәbii qazla tәchizatı üçün
terminalların tikintisini layihәlәşdirmәk mәslәhәt görülür.
239