Page 243 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 243
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

ilkin әlavә tәchizatla bağlı sorğu-sual da yersizdir. Dünya
ölkәlәrinin, xüsusilә dә, ABŞ-ın, Türkiyәnin “TANAP”
layihәsinin arxasında sona qәdәr durub, hansı qiymәtә
başa gәlәcәyindәn asılı olmayaraq, onu yekunlaşdıracağına
tam әmin olması üçün rәsmi Ankara bütün öhdәliklәri öz
üzәrinә götürmәlidir.

Deyilәnlәrdәn belә nәticәyә gәlmәk olar ki, Türkiyә
“TANAP”-ı tәkcә enerji layihәsi kimi deyil, sülh, demokratiya
vә inteqrasiya yolunda irәliyә atılmış addım kimi qәbul
edir.

Rusiya-Ukrayna böhranı Azәrbaycan vә
Türkmәnistan arasında qaz ixracatı sahәsindә

әmәkdaşlığa tәkan verәcәkmi?1

Rusiya-Ukrayna böhranı bir-biri ilә rәqabәt aparan iki
Xәzәryanı enerji nәhәnginә – Azәrbaycan vә Türkmәnistana
ixracat sahәsindә birgә әmәkdaşlıq etmәk imkanı yaradır.

Azәrbaycan vә Türkmәnistan arasında “münasibәtlәrin
istilәşmәsi”ndәn xәbәr verәn ilk hadisә aprelin 2-dә baş
verdi. Türkmәnistan xarici işlәr naziri Rәşid Mәrәdov
gözlәnilmәdәn Bakıya sәfәr etdi. Bu, 2009-cu ildәn bәri iki
ölkәnin yüksәk çinli nümayәndәlәrinin ilk belә görüşü idi.

Keçmiş Sovet İttifaqı zamanı bu ölkәlәr arasında ikitәrәfli
münasibәtlәr heç vaxt yüksәk sәviyyәdә olmayıb. İki
Xәzәryanı ölkәnin iri neft yataqları olan “Azәri”, “Çıraq”
vә “Kәpәz” әtrafında uzun sürәn mübahisәlәri dә olub. Bu
mübahisәlәr isә Xәzәr dәnizinin dibindәn keçmәklә 100
km uzunluğunda boru kәmәri vasitәsilә Türkmәnistan
qazının qәrb bazarlarına ötürülmәsini nәzәrdә tutan
müqavilәlәrin başa çatdırılmasına mane olur.

Ölkәlәr arasında münasibәtlәrdә gәrginliyi nәzәrә alsaq,
Mәrәdovun sәfәri bir çox dairәlәrdә dәrin maraq oyadıb.

1 http://www.eurasianet.org/node/68258 by Shahin Abbasov, april 10, 2014 -
1:54pm

243
   238   239   240   241   242   243   244   245   246   247   248