Page 241 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 241
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà
“Cәnub Qaz Dәhlizi” sülh vә
inteqrasiya layihәsidir1
Enerji resursları Yaxın Şәrq vә Xәzәr regionunda potensial
var-dövlәtlә yanaşı, siyasi münaqişә obyekti kimi qalmaqda
davam edir. Neft vә qaz kәmәrlәri Avropa Birliyi, Türkiyә
vә Rusiya arasında qurulmuş şahmat taxtası üzәrindәki
fiqurlara bәnzәyirlәr. Birlәşmiş Ştatların yaxından izlәdiyi
“enerji oyunu” artıq başlayıb.
Yeni enerji marşrutlarının Rusiyanın tәşәbbüsü olmadan
müәyyәn edilmәsi vә İranın bu “enerji oyunu”ndan kәnar
qalması ABŞ siyasәtinin nailiyyәtlәrindәn hesab edilmәlidir.
Misal üçün, “Trans-Anadolu qaz boru kәmәri” layihәsini
(“TANAP”) götürәk. Rusiya vә İranın regiondakı mövqeyinә
baxmayaraq, layihәni yalnız energetika sahәsindә bir
irәlilәyiş kimi qәbul etmәk düzgün olmazdı. Bu, hәm siyasi
dәyişiklik, hәm dә Xәzәr regionundan Avstriyaya qәdәr
uzanan әrazidә regional inteqrasiyaya doğru böyük addım
idi. Bu addım isә, öz-özlüyündә, Avropa Birliyinin Şәrqә
doğru sürәtlә genişlәnmәsinin başlanğıcı sayılır. Rusiya vә
İranın iştirakı olmadan Xәzәr vә Yaxın Şәrq regionlarında
yeni enerji tәchizatı mәrkәzlәrinin formalaşması, eyni za-
manda, әnәnәvi rus-alman ittifaqına da zәrbә vuracaqdır.
Enerji tәhlükәsizliyi mәsәlәlәri üzrә mütәxәssis Con
Robertsin Xәzәr Strateji Araşdırmalar İnstitutunun Xәzәr
Forumu üçün hazırladığı yazıda deyilirdi: “Avropada getdikcә
enerjidәn az istifadә edilmәsinә baxmayaraq, qaza olan tәlәbat
hәtta iqtisadi yüksәliş dövründә belә, nәinki sabit qalacaq, әksinә,
daha da artacaqdır. Mәhz bu sәbәbdәn dә, “Cәnub Qaz Dәhlizi”
layihәsi ön plana çıxır. Rusiya zәngin qaz ehtiyatlarına sahibdir.
1 http://www.globalpost.com april 10, 2013 16:23
Hәmçinin bax: http://www.todayszaman.com/news-312132-the-southern-gas-cor-
ridor-a-project-for-peace-and-integration.html
241