Page 213 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 213
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Bir-birini әvәzlәyәn ABŞ administrasiyaları Avropanın
enerji tәhlükәsizliyinә rәsmi Vaşinqtonun milli maraqları
kimi baxırdılar. Xәzәr regionundan Avropaya gedәn Şәrq-
Qәrb qaz dәhlizinin inkişaf etdirilmәsi sayәsindә Avropaya
tәbii qaz tәchizatının diversifikasiya edilmәsi 1990-cı illәrin
ortalarından bәri ABŞ-ın enerji siyasәtinin әsas mәsәlәsi
olub. BTC vә BTƏ boru kәmәrlәri bu strategiyanın bir
hissәsidir vә onların reallaşmasında ABŞ-ın siyasi dәstәyi
mühüm rol oynayıb. Xәzәr regionundan vә Mәrkәzi
Asiyadan tәbii qazın Avropaya nәql edilmәsinә ABŞ-ın
dәstәyi böyük olsa da, nәql edilәn qazın miqdarı Rusiya
ixracı ilә rәqabәt üçün kifayәt deyildir. Krımdakı son
böhranı nәzәrә alaraq, Amerika Birlәşmiş Ştatları Avropanın
etibarlı enerji tәdarükünün çoxalması üçün öhdәliyini
artırmalıdır.

Vәziyyәtdәn çıxış yolu axtararkәn, Vaşinqton “Trans-
Anadolu qaz kәmәri (“TANAP”)” layihәsini dәstәklәmәklә,
bundan sonrakı Türkiyә-Azәrbaycan enerji әmәkdaşlığına
yardım edә bilәr. Gürcüstan vә Türkiyә vasitәsilә tәbii qazı
Azәrbaycandan Avropaya daşımalı olan “TANAP” “Cәnub
Qaz Dәhlizi”nin bir hissәsidir. Boru kәmәrinin ikinci
mәrhәlәdә – (2023-cü ildә) 23 milyard kubmetr, üçüncü
mәrhәlәdә (2026-cı ildә) isә 31 milyard kubmetr qaz nәql
edәcәyi gözlәnilir. Cәnub Qaz Dәhlizinin Avropa istehlakçıları
üçün hәyati әhәmiyyәti olduğu halda, Türkiyә üçün enerji
tәhlükәsizliyi vә iqtisadi inkişaf baxımından da olduqca
hәlledici amildir. Türkiyә Rusiya vә İran qazından asılılığını
azaltmaq vә uzunmüddәtli planla Azәrbaycandan qaz ixracı
hәcmini artırmaq niyyәtindәdir. Çünki Rusiya vә İran qazı
Azәbaycan qazından daha baha başa gәlir.

Bu baxımdan, “TANAP” vasitәsilә ildә әlavә 6 milyard
kubmetr qazın әldә edilmәsi hәm Rusiya vә İrandan qaz
idxalını ixtisar etmәkdә, hәm dә illik qaz xәrclәrini azalt-
maqda Türkiyәyә yardım edәcәk. Nәticә olaraq, qaz
tәchizatını diversifikasiya etmәklә Türkiyә öz enerji

213
   208   209   210   211   212   213   214   215   216   217   218