Page 215 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 215
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

nunun hәlledici qanunlarını yadda saxlamalıdırlar: Tuzlar
hәr zaman resurs sahibi olan tәrәfin, yәni bu halda
Azәrbaycanın әlindәdir. Ya әlindәki kartları ağılla-başla
oynayarsan, ya da bütün sәrvәtini güzәştә gedәrsәn.

Bu vәziyyәtdә “BP” hәr kәsdәn daha çox fәaldır.
“Şahdәniz-2” layihәsindәki digәr partnyorlarından fәrqli
olaraq, Britaniyanın neft nәhәngi istәnilәn “upstream”1
layihәdә mümkün olan әn sәrfәli şәrtlәrә nail olmağı
qarşısına böyük missiya kimi qoyub. Mәrkәzi Avropanın
tәchizatını nәzәrdә tutan vә sırf onun özünә aid olan
“Cәnub-Şәrqi Avropa Boru Kәmәri” (South East European
Pipeline) layihәsini dә masa üzәrinә gәtirmәk “BP”-nin bu
missiyasına daxil idi. Bu addım “Nabukko” konsorsiumunun
әlindәki kartları tullaması vә daha real layihә ilә çıxış
etmәyә mәcbur edilmәsi üçün atılmışdı. Bu konsorsiumun
irәli sürdüyü yeni layihә isә “Qәrbi Nabukko” adlandı.

Mәqsәdinә nail olan “BP” potensial Cәnub marşrutu
üçün “downstream” 2 yarışında “Qәrbi Nabukko”nun әsas
rәqibi olan “Trans-Adriatik Boru kәmәri” layihәsi әtrafında
fәal müzakirәlәr aparmaqdadır. Bununla, “BP” digәr
“Şahdәniz” partnyoru vә “TAP” layihәsindә 42,5%-lik paya
sahib olan “Statoil”a qoşulacaqdır. Belәliklә, gәlәn il mәrkәzi
vә cәnubi Avropa marşrutlarından hansının qalib olacağına
dair “obyektiv qәrar” verilәcәkdir. Oyunda iştirakçı olan
maraqlı tәrәflәri nәzәrә aldıqda, şansların riyazi
hesablamasını aparmaq o qәdәr dә çәtin deyil. Mәsәlәyә
cәlb olunmuş bәzi tәrәflәr “Şahdәniz-2” konsorsiumunun
ilkin mәrhәlәdә “TAP”a üstünlük verәcәyini vә “Qәrbi
Nabukko”nun süqutuna şәrait yaradacağını bildirirlәr.

1 “Upstream” dedikdә, yataqların araşdırılması, tәdqiqat quyularının qazılması,
xam neft vә ya qazın yer sәthinә çıxarılması proseslәrinin mәcmusu başa düşülür
2 “Downstream” dedikdә, xam neft vә tәbii qazın emalı vә saflaşdırılması, habelә
onlardan alınan mәhsulların satışı vә daşınması proseslәrinin mәcmusu nәzәrdә
tutulur.

215
   210   211   212   213   214   215   216   217   218   219   220