Page 211 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 211
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

hәtta “BP” kimi neft nәhәngi bunu ancaq xәyalına gәtirә
bilәrdi. Azәrbaycan boru xәttinin 51 faizinә nәzarәt edәrәk
digәr payları türk şirkәtlәrinә verib.

Bәzi ölkәlәrin nümayәndәlәri bu plana Rusiyanın
müdaxilәsindәn ehtiyat edirdilәr. Lakin rәsmi Moskvanın
Azәrbaycana tәsir vasitәlәri çox azdır. Rusiya burada daha
çox “Qazprom”un maliyyә tәkliflәrilә Azәrbaycanın diqqәtini
özünә cәlb edә bilir. Faktiki olaraq “TANAP” işә düşәn
kimi Rusiya özünün Azәrbaycandakı yeganә hәrbi obyekti
olan Qәbәlә radiolokasiya stansiyasını tәrk edәcәk. Moskvanın
alternativ boru kәmәri tәklifi – “Cәnub Axını” layihәsi
Avropa investorları vә Aİ tranzit ölkәlәri arasında öz
әhәmiyyәtini sürәtlә itirmәkdәdir.

Bәzәn Avropanın enerji tәhlükәsizliyinin tәmin olunması
üçün әsas yük öz tәchizatını diversifikasiya etmәk üçün
yalnız qaza deyil, hәmçinin maliyyәyә vә siyasi iradәyә
malik olan AB-nin öhdәsinә buraxılır. TANAP, hәmçinin
vurğulayır ki, Avropanın Azәrbaycanda yalnız ehtiyat
mәnbәlәri deyil, hәm dә yeni strateji enerji tәrәfdaşı vardır.

Krımdan sonra enerji tәhlükәsizliyinin bәrpa edilmәsi1
Yeni boru kәmәrlәrinә ehtiyac var

Ukraynadakı böhran Rusiyadan Avropaya nәql olunan
tәbii qazın kәsilmәsilә bağlı haqlı narahatlığa sәbәb olub.
Avropa qazın tәxminәn 30 faizini Rusiyadan alır vә Avropaya
çatdırılan Rusiya qazının yarıdan çoxu Ukraynadan keçir.
Bu asılılıq әn tez bir zamanda aradan qaldırılmalıdır. Avropa
liderlәrinin qitәnin enerji strategiyası ilә bağlı ilk mühüm

1 http://nationalinterest.org/commentary/restoring-energy-security-after-crimea-
10181
Aleks Vatanka
4 Aprel, 2014-cü il
Aleks Vatanka - Yaxın Şәrq İnstitutunun adyunkt-professorudur.
Gönül Tol – Türk Araşdırmalar Mәrkәzinin tәsisçi direktoru vә Yaxın Şәrq İnstitu-
tunun daimi professorudur.

211
   206   207   208   209   210   211   212   213   214   215   216