Page 205 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 205
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

biz, İsveçrәnin “Glencore International AG” Treydinq
Şirkәtinin tankerlәri vasitәsilә Avropanın liman terminallarına
sıxılmış qaz daşınmasına bel bağlamadan, öz qaz tәchizatı
mәnbәlәrimizi diversifikasiya etmәliyik. Bu isә “Cәnub
Dәhlizi” boru kәmәrinin inkişafının dәstәklәnmәsi vә
genişlәndirilmәsi ilә mümkündür. Hәmin planın hәyata
keçirilmәsi üçün Britaniya vә Avropa Birliyi Cәnubi Qafqaz
tәchizatçıları ilә daha yaxından әmәkdaşlıq etmәlidir. Eyni
zamanda, Xәzәr hövzәsindә Britaniyanın “BP”-nin rolunun
artırılması istiqamәtindә daha ciddi çalışmasına ehtiyac
var. Biz aqressiv diplomatiya ilә deyil, mәhz praqmatik
siyasәtlә Ukraynanı effektiv şәkildә dәstәklәyә vә Rusiyanın
global siyasәtinә qarşı dura bilәrik. Buna nail olmaq üçün
bizә enerji lazımdır.

ABŞ vә Avropa Rusiya qazına
alternativ axtarir1

Ukraynanın Rusiya qazından asılılığını azaltmaq üçün
tәbii qazın Türkiyәdәn keçәn boru kәmәri ilә nәqli tәklifi
ABŞ-da nәzәrdәn keçirilәn variantlar sırasındadır.

Brüssel. Krım yarımadasının ilhaqından sonra Rusiyanın
Ukraynaya satdığı qazın qiymәtini qaldırmaq qәrarı Şәrqi
Avropada enerji tәchizatlarının narahatlığını artırıb. Hәmçinin
Rusiya son hәftәlәrdә Ukrayna sәrhәddi yaxınlığında öz
hәrbi iştirakını daha da genişlәndirib.

Avropa İttifaqının vә Birlәşmiş Ştatların rәsmilәri dünәn
Ukrayna vә Avropanın Rusiyadan qaz asılılığını azaltmaq
üçün planlar sәslәndirdilәr vә Avropanın enerji tәchizatını
diversifikasiya etmәk üçün әmәkdaşlıq edәcәklәrini
söylәdilәr. Xәzәr dәnizindәn hasil olunan Azәrbaycan
qazını Türkiyә vasitәsi ilә Avropaya nәql edәn boru kәmәri

1 http://www.dailysabah.com
Nәşr edilib: 03.04.2014

205
   200   201   202   203   204   205   206   207   208   209   210