Page 202 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 202
III FƏSİL

Avropanın enerji tәhlükәsizliyi
Azәrbaycandan keçir

Böyük Britaniya parlamentinin deputatı: “Avropanın
Rusiya enerjisindәn asılılığının azaldılması
Britaniyanın maraqlarına uyğundur”

Kristofer Pinçer,
Böyük Britaniya parlamentinin deputatı, energetika

vә iqlim dәyişikliyi komitәsinin üzvü.
31 mart, 2014-cü il

Enerji siyasәti indi istәnilәn seçki manifestini kölgәdә
qoyaraq Britaniya vә Avropa diplomatiyasının mәrkәzindә
yer alıb. Tәәssüf ki, bu dәyişikliyә hansısa sehrli nağıl
sәbәb olmayıb vә öz növbәsindә, Vladimir Putin dә
xeyirxahlıq mücәssәmәsi deyil. Belә yanaşmanı bu hәftә
Vestminsterdә Parlament üzvlәri ilә görüşәn zaman Ukrayna
prezidentliyinә namizәd Pyotr Poroşenko vә onun yeni
tәrәfdaşı Vitali Kliçko da narahatlıqla vurğulayırdılar.

İkinci Ukrayna inqilabının kәskinlәşdirdiyi vә bәzilәrinin
söylәdiyi kimi Rusiya liderinin mәharәtlә istifadә etdiyi
böhran Avropanın, xüsusilә elektrik stansiyalarının xammal
tәchizatında “Qazprom”dan әhәmiyyәtli dәrәcәdә asılı
olan Şәrqi Avropa ölkәlәrinin enerji tәchizatında ciddi
disbalansı bütün çılpaqlığı ilә ortaya qoydu. Hәtta qitәnin
“yaşıl nәhәngi” adlandırılan Almaniya enerji istehlakçısı
kimi istifadә etdiyi qazın 40 faizini Rusiyadan alır. Krıma
görә beynәlxalq güclәrlә “poker oynayan” Rusiyanın gözü
paylanan kartları görmәyәcәk dәrәcәdә tutulmayıb. Neft

202
   197   198   199   200   201   202   203   204   205   206   207