Page 197 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 197
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Rusiyanın tәsir dairәsindәn
azad siyasәt yürüdülmәsi1

Keçәn ayın axırı Rusiya xarici işlәr naziri Qәbәlә radio-
lokasiya stansiyasının icarә müddәtinin bitmәsi ilә әlaqәdar
onun Azәrbaycana tәhvil verilәcәyi barәdә fikirlәri tәsdiq
edib. Radiolokasiya Rusiyanın Soyuq müharibә dövründә
bütün Yaxın Şәrq, İran, Pakistan vә hәtta Hindistanı әhatә
edәn raketdәnmüdafiә sistemindә әn әhәmiyyәtli yerlәrdәn
birini tutub. Qәbәlә RLS-i dәyişkәn Qafqaz regionunda
Rusiyanın idarәçiliyi altında olan yeganә hәrbi obyekt idi
ki, xarici tәhlükәlәrә qarşı dayanmaq üçün nәzәrdә
tutulmuşdu. Buna görә dә, Rusiyanın bu obyekti tәrk
etmәsi siyasi әhәmiyyәt kәsb edir.

O da nәzәrә alınmalıdır ki, Rusiya qüvvәlәrinin bu
әrazini tәrk etmәsini mәhz Azәrbaycan hökumәti istәmişdi.
Kreml dә bunu müsbәt qarşılamışdı.

Qeyd edәk ki, Rusiyanın postsovet ölkәlәrindә davamlı
hәrbi iştirakı onun bu әrazilәrdә hәlә dә tәsir gücünü
saxlaması demәkdir. Ermәnistanın Gümrü şәhәrindә yerlәşәn
102 saylı hәrbi baza vә Qırğızıstandakı hәrbi hava bazası
bu qәbildәndir. Rәsmi Moskva Tacikistanda SSRİ dövründә
inşa olunan bazadan 201-ci motoatıcı diviziya üçün istifadә
edir. Burada 7000 rus hәrbçisi qulluq edir. Tacikistan par-
lamentinin aşağı palatası Rusiya hәrbi bazasının ölkә
әrazisindә 2042-ci ilә qәdәr qalmasının lehinә sәs verib.
Bundan әlavә, Ukraynanın Sevastopol limanı Rusiyanın
Qara dәniz donanması üçün sığınacaq rolunu oynayır.

Ümumiyyәtlә, Rusiyanın keçmiş SSRİ ölkәlәrinin
rәhbәrliklәri ilә әks-mövqedә olması fәlakәtli nәticәlәrә
gәtirib çıxarır. Misal üçün, Gürcüstanı götürәk. Rәsmi

1 http://www.upi.com/Top_News/Analysis/Outside-View/2013/02/07/Free-of-Russ-
ian-influence/UPI-94471360236514/ by Alexandros Petersen, Feb. 7, 2013

197
   192   193   194   195   196   197   198   199   200   201   202