Page 193 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 193
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Avropaya nәql edilәcәk. Bu isә Avropanın illik qaz ehtiyacının
1.5%-i demәkdir. Layihә çәrçivәsindә nәql edilәcәk qazın
hәcminin 60 milyard kubmetrә qәdәr artırılması planlaşdırılır.

Azәrbaycan Respublikası Prezidenti yanında Strateji
Araşdırmalar Mәrkәzinin (SAM) tәqdim etdiyi mәruzәdә
deyilir: “Azәrbaycanın başlıca mәqsәdi avropalı müştәrilәrin
nәqliyyat prosesinә güclü tәsir göstәrmәsinin qarşısını almaqdır”.

Mәruzәdә әlavә edilir: “Azәrbaycan hökumәti qazın sahibi
kimi mavi yanacağın istehlakçı ölkәlәrin maraqlarını tәmin edәn
konsorsiuma mәxsus boru kәmәri ilә nәqlinin vә bunun nәticәsi
olaraq öz maraqlarının tәmin olunmadığı infrastrukturdan
asılılığın yaranmasının tәrәfdarı deyil”.

Strateji Araşdırmalar Mәrkәzinin tәqdim etdiyi mәruzәdә
Türkiyә üçün bu layihә әsasәn siyasi baxımdan
qiymәtlәndirilir: “Türkiyәnin bu mәsәlә ilә sıx bağlılığı onun
Avropa Birliyinә üzv olması istiqamәtindә aparılan danışıqlara
öz müsbәt tәsirini göstәrәcәk”.

SAM-ın mәruzәsindә, hәmçinin deyilir: “ARDNŞ vә
onun “Şahdәniz” tәrәfdaşlarının xüsusi boru kәmәri tikmәk
istәyi mәntiqi baxımdan daha mәqsәdәuyğundur”.

AB-nin enerji tәnzimlәnmәsi üzrә idarәsi bir şirkәt vә
ya konsorsiumun qaz hasilatında 50%-dәn artıq aktivlәrә
sahib olmasını qadağan edir.

“ARDNŞ “TANAP” layihәsindә 50%-dәn artıq sәhmә sahib
olmaq niyyәtindәdir. Şәbәkәnin “Avropa Birliyi” adlanan digәr
tәrәfindә olan istehlakçılarınsa mәsәlәyә başqa yanaşma forması
vardır”, – deyә, SAM bildirir.

“TANAP” layihәsi Türkmәnistan qazının Xәzәr dәnizi
vasitәsilә Avropaya çatdırılması ilә bağlı Avropa Komissiyası
planlarının hәyata keçmәsindә çәtinliklәr yaradacaq. Tәbii
ki, Komissiya bu qazın AB sәrhәdlәrinә kimi çatdırılmasını
istәyirsә, onda “TANAP”a arxalanmalıdır. Belә ki,
Azәrbaycan rәqabәtә gәtirib çıxaracaq qazın bazara

193
   188   189   190   191   192   193   194   195   196   197   198