Page 175 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 175
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

“Layihәnin hәcmi Rusiyaya meydan oxuyacaq qәdәr böyük deyil”.
Strateji vә Beynәlxalq Araşdırmalar Mәrkәzinin enerji

vә milli tәhlükәsizlik proqramının baş elmi işçisi Ed Çou:
“Mәsәlәnin әn әhәmiyyәtli tәrәfi ondan ibarәtdir ki, “Cәnub
Dәhlizi” marşrutu ilә Rusiyaya mәxsus olmayan qaz, hazırda bu
ölkәnin qaz ixracatından tamamilә asılı olan cәnub-şәrqi Avropa
ölkәlәrinә daşınacaq”.

ABŞ Müdafiә Nazirliyinin İran vә İraq üzrә sabiq
müşaviri, hal-hazırda isә Amerika Sahibkarlıq İnstitutunda
çalışan Maykl Rubin: “Rusiyadan yan keçәn hәtta az miqdarda
qaz belә, tәhlükә mәnbәyi sayılır. Əmin ola bilәrsiniz ki,
Azәrbaycanın boru kәmәri Vladimir Putin üçün tәhlükәdir”.

Qeyd olunan boru kәmәri ilә daşınacaq qaz, xüsusilә
dә, cәnub-şәrqi Avropa ölkәlәrinә yardım edәcәk. Mәsәlәn,
hәr il özünә lazım olan 3 milyard kubmetr qazı Rusiyadan
idxal edәn Bolqarıstanın qaza olan tәlәbatının 1/3-i ödәnilәcәk.
Layihәnin ekoloji baxımdan da bir çox faydası olacaq.
Mәsәlәn, Albaniya qaz әvәzinә istifadә etdiyi kömürdәn
imtina etmәk imkanı әldә edәcәk.

Bundan әlavә, boru kәmәrinin genişlәndirilmәsi vә
Azәrbaycanın 30 trilyon kub fut hәcmindә tәsdiqlәnmiş
tәbii qaz ehtiyatlarının hamısından istifadә edilmәsi üçün
kifayәt qәdәr potensial vardır. Layihә, hәmçinin digәr
postsovet ölkәlәri olan Türkmәnistan vә Qazaxıstandan
qazın nәqlini nәzәrdә tutan “Trans-Xәzәr qaz kәmәri”
layihәsi ilә dә birlәşә bilәr.

Layihә, eyni zamanda, Albaniyanın şimalını, Macarıstanla
birgә artıq boru kәmәri şәbәkәsinә qoşulmuş Adriatik
dәnizi sahillәrindәki Xorvatiyaya qәdәr uzanan әrazini dә
birlәşdirmәk imkanına malikdir.

“Belәliklә, “Cәnub Qaz Dәhlizi” ilә ötürülәcәk qaz real
imkanlara malikdir vә Avropada onun tәsiri qısa müddәtdә hiss
olunacaq”, – deyәn Hohştayn әlavә edir: “Avropa ölkәlәrinin

175
   170   171   172   173   174   175   176   177   178   179   180