Page 173 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 173
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Rusiyadan yan keçәcәk qaz kәmәri
yeni tәkan әldә edir1

Rusiya-Ukrayna qarşıdurması Avropanın әn böyük qaz
tәdarükçüsü olmaq istәyәn digәr postsovet ölkәsi üçün
әlverişli imkanlar yaradır.

Şimaldan Rusiya, cәnubdan İranla hәmsәrhәd olan
Azәrbaycan ümid edir ki, onun coğrafi vә geosiyasi mövqeyi
Obama administrasiyasının 45 milyard dollarlıq tәbii qaz
kәmәrinә dәstәk vermәsindә mühüm rol oynayacaq. Bu
kәmәr Xәzәr dәnizinin hal-hazırda qazma işlәri hәyata
keçirilәn Azәrbaycana mәxsus hissәsi ilә Avropanı
birlәşdirәcәk.

“Cәnub Dәhlizi” adlanan kәmәr hәm Avropanın әsas
enerji tәchizatçısı olan Rusiyadan, hәm dә Qәrbә yanacaq
daşıyan mövcud kәmәrlәr üçün әsas marşrut sayılan Ukray-
nadan yan keçәcәk. ABŞ, Vladimir Putinin enerji
hakimiyyәtini zәiflәtmәk barәdә müzakirәlәrә baş vurduğu
bir vaxtda, Azәrbaycan sahib olduğu boru kәmәrlәrinin
yaxın bir neçә ildә Avropanı enerji ilә tәchiz etmәk
mәsәlәsindә yeganә vasitә olduğunu iddia edir.

“Nәticәni görmәk elә dә çәtin deyil. Eyni zamanda, başqa al-
ternativ yol da yoxdur”, – deyә, Azәrbaycanın ABŞ-dakı
sәfiri E. Süleymanov bildirib.

Lakin boru kәmәrinin özünün dә problemlәri az deyil.
Mәsәlәn, regionda yürüdülәn mәkrli siyasәtinә vә
maraqlarına zidd olacağı tәqdirdә, Rusiyanın layihәyә
zәrәr yetirmәsi ehtimalı narahatlıq yaradan amillәrdir.

Buna baxmayaraq, boru kәmәri layihәsi Konqres
üzvlәrinin marağına sәbәb oldu vә ABŞ Dövlәt Departa-
mentinin yüksәk rütbәli nümayәndәlәrinin dәstәyini qazandı.

1 http://www.politico.com/story/2014/04/gas-pipeline-bypass-russia-105786.html
by Darren Goode | 4/17/14 2:04 PM EDT Updated: 4/18/14 11:11 AM EDT

173
   168   169   170   171   172   173   174   175   176   177   178