Page 127 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 127
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Azәrbaycan bütün xüsusiyyәtlәrinә görә Amerika üçün
sәrfәli müttәfiqdir. Ölkәmizin mövqeyi strateji әhәmiyyәtә
malikdir: İrandakı vәziyyәti nәzarәtdә saxlamaq, hәm dә
Xәzәr dәnizinin dibindәn çәkilәn kәmәrlәrin vasitәsi ilә
Rusiyanın Avropaya tәsirini azaltmaq baxımından. Bu
coğrafi mövqeyinә görә Azәrbaycanın hәrbi texnikaya
ehtiyacı var. Bununla belә ABŞ silah satmaq imkanlarını
mәhdudlaşdırır. Sәbәb Azәrbaycanla Ermәnistan arasındakı
Dağlıq Qarabağ münaqişәsidir. Belә ki, ABŞ-da fәaliyyәt
göstәrәn ermәni lobbisi güclü nüfuza malikdir, әvәzindә
azәrbaycanlıların onların qarşısına çıxacaq lobbisi yoxdur.
Vә ermәni lobbisi Konqresә tәzyiqlәr edir. Hәtta sәfirlәrin
tәyinatı belә çәtinlәşdirilir. İkinci sәbәb daha önәmlidir.
İçәrilәrindә Dövlәt Departamentinin nümayәndәlәrinin dә
olduğu insan hüquqları müdafiәçilәri Azәrbaycan
hökumәtini hәrtәrәfli tәnqid edirlәr.

Mәlumdur ki, cәmi 20 il müddәtindә azadlıqda yaşayan
ölkәdә korrupsiyasız iqtisadiyyata nail olmaq heç dә asan
deyil. Nәzәrә alsaq ki, Azәrbaycan – İran, Rusiya kimi
nәhәng, Ermәnistan kimi düşmәn ölkә ilә hәmsәrhәddir,
onda mәnzәrә tam aydın olur.

Digәr keçmiş sovet respublikalarının göstәricilәrinә
nәzәr salanda, Azәrbaycanın vәziyyәti daha müsbәtdir.
Azәrbaycandan başqa ABŞ-ın keçmiş Sovet ölkәlәrindәn
hansı biri ilә tәrәfdaşlıq edәcәyini tәsәvvür etmәk çәtindir.

Mәni narahat edәn başqa bir mәsәlә, “Ərәb baharı sin-
dromu”dur. İnsan hüquqları müdafiәçilәri belә ehtimal
edirlәr ki, repressiv rejimә qarşı çıxış edәn izdiham bundan
az repressiv hökumәt yaradacaq. Mәn xatırlayıram ki,
1979-cu ildә İran şahına qarşı nümayişlәr gedәn zaman,
bütün nümayişçilәrә qәrbyönümlü liberal demokratlar kimi
baxırdılar. Onlar belә deyildilәr vә insan hüquqları nöqteyi-
nәzәrindәn İranda vәziyyәtin yaxşılaşdığını demәk çәtindir.

127
   122   123   124   125   126   127   128   129   130   131   132