Page 284 - antologiya
P. 284
Türkiyə ədəbiyyatı antologiyası

– Oğuldan-qızdan daha kimin var, ağsaqqal?
– Hәsәndәn başqa, üç qızım, bir oğlum var. Keçәn il
qızlarımın әn kiçiyini dә gәlin köçürdüm. Hәsәn, әmisi
sayәsindә adam oldu. İmtahan verib internat mәktәbinә
qәbul olundu. Sәkkiz il Düziçi müәllim mәktәbinә ayaq
döydü... Әmisinin bir qızı var. Göbәkkәsdisidir... Qız hәr
dәfә bir “Hәsәn” deyәndә, ağzından min “Hәsәn”
tökülür... Hәsәn üç il kәnddә müәllimlik etdi. Daha sonra
Ankarada böyük mәktәblәrdә oxudu... Hә... Bizim Hәsәn
kәllәli oğlandır... Kәnddәn çıxıb adam olmaq çox çәtindir.
Nәval xanım uzun, şabalıdı rәngli saçlarını kürәyinә
atdı. Qocaya tәrәf bir az da әyildi. Oğlandan ala bilmәdiyi
intiqamını onun atasından almaq istәyirdi:
– Әmi, siz çadırda yaşayırsınız? – İstehzalı sәslә
soruşdu.
Qoca әsәbilәşdi:
284 – Üst-başıma baxıb mәni qaraçıya oxşadırsan, qızım?
Lap yaşasam da, bu, ayıbdır ki? Adama yaşadığı yerә görә
hörmәt edәrlәr?
– Yox e, elә demәk istәmәdim...
Nәval xanım dişini qıcayıb fikirlәşdi: “Kәndçinin
biri, kәndçi.” Tez mövzunu dәyişdi:
– Demәli, kәnddә nişanlısı var, hә?..
– Hә vardı! Fatmayla nişanlı idi. Qızın cehizi
sandıqda çürüdü... Adı mәnim, dadı özgәnin oldu... Әmisi
oxutdu... Әmisi adam etdi... Bizim Hәsәn da elә bilir, özü
adam olub...
Nәval xanım yerindә dayanıb-dura bilmirdi: “Ah,
indi o şortu nişanlısı gәlәydi! Gәlib qayınatasının nә gündә
olduğunu görәydi!”
Qapıçıdan soruşdu:
– Hәsәn bәy yerindәdir?
– Bәli, – dedi. – İbtidai tәhsil müfәttişlәrinin iclası
var... Mәnә “İçәri heç kәsi buraxma!” deyib.
   279   280   281   282   283   284   285   286   287   288   289