Page 282 - antologiya
P. 282
Türkiyə ədəbiyyatı antologiyası

heç kәsi bәyәnmәyәn, qapıçıları, aşağı vәzifәli mәmurları
sәbәbsiz-filansız danlayan Hәsәn bәyin atası, demәli, bu
axmaq qocadır!

– Sәn, doğrudan, Hәsәn bәyin atasısan? – Sevinclә
soruşdu.

Qoca:
– Hә, ay qardaş... İndi haradadır, görәsәn?
– Rahat otağında! Kabinetindә! Ancaq iclası var...
Heç kәsi qәbul etmir...
– Hәsәnim üçün çox darıxdım... Mәnim xeyir
bilmәyәn oğlum... Utanmadan nişanlanıb... Әmisi qızını
nә tez yadından çıxarıb? Yol gözlәmәkdәn nişanlısının
saçları ağarıb...
Qapıçı kişinin su süzülәn ayaqlarına baxdı. Daz-
laşmış başını qaşıdı. Uzun bığlarını burdu. “Demәli, Hәsәn
bәy dә bizdәnmiş... Bizim kimi kәndçi imiş... Bundan
282 sonra çox göylә getmә, Hәsәn bәy! Sәnin dә zibilinin üstü
açıldı...”
– Demәli, kәnddә adaxlısı da varmış, hә? Hәsәn bәy
kәnd qızını bәyәnmәz axı! Hәlә bir yeni nişanlısını
görәsәn... Uzunboylu, sarısaçlı, gömgöy gözlü, incәbelli,
qısa tumanlı qızdır... Aya deyir, sәn çıxma, mәn çıxım,
günә deyir, sәn çıxma, mәn çıxım...
– Әmisinin qızı da gözәldir, qardaş. Xәcalәtimdәn
kәnd camaatının arasına çıxa bilmirәm. Qohum-qonşunun
üzünә baxa bilmirәm. Hәsәn naxәlәf çıxdı. Nә bilim, guya
әmisi qızı savadsızmış! Ay gidi dünya! Çobanlıq etdiyi,
çiynindә tüklü heybә daşıdığı günlәri yadından çıxıb.
Әmisi olmasaydı, oxumaq bir yana, kitab üzünü dә görә
bilmәzdi. Yavan çörәyә dә hәsrәt qalardı. Әyninә geyin-
mәyә cındır da tapa bilmәzdi. Tısbağa qınından çıxıb
qınını bәyәnmәdi... Bax mәnim günüm budur. Bir sapımı
çәksәm, yetmiş yamağım yerә tökülәr. Olan-qalanım bun-
dan ibarәtdir.
   277   278   279   280   281   282   283   284   285   286   287