Page 522 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 522
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Dağlarım dumana qaldı,
Yaxşılar yamana qaldı,
Alışmaq gümana qaldı,
Közü mәndә öldürdülәr.

Daşa dönәn daşı danlar,
“Daş olanı” naşı danlar,
Qaranquşa daş atanlar
Yazı mәndә öldürdülәr.

522 Çevirmәdim üz günәşә,
Bәlәnmәdim yaz günәşә,
Ay xatirәm, ay bәnövşәm,
Sizi mәndә öldürdülәr.

Gәlsin

Ya rәbb, adamam... adıma,
Sanıma yazığın gәlsin.
Bu dünya xandı, mәn qulu,
Xanına yazığın gәlsin..

Bir ulu, bir qәdim sәsdim,
Bilmirәm niyә tәlәsdim.
Qılıncam qınımı kәsdim,
Qınıma yazığın gәlsin..

Ay qaranlıq, qar işıq,
Gecә gündüzә yaraşıq,
Qanım qanlara qarışır,
Qanıma yazığın gәlsin..
   517   518   519   520   521   522   523   524   525   526   527