Page 519 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 519
Mahir N.Qarayev

Bir kafir
cәhәnnәm çöhrәli allahbazların
cәnnәtә açılan sabahı olar;
hәlә soyulmamış allahsızların
dәrisi soyulmuş Allahı olar!

Payızda ölәcәm mәn 519

Payızda ölәcәm mәn – leysan yağışlar altda...
Leysan yağışlar altda basdıracaqlar mәni.
Payızda ölәcәm mәn – göz açdığım o kәnddә...
Dil açdığım o kәnddә susduracaqlar mәni.

Çәkilәcәm su kimi bircә qarış torpağa,
Dikәlәcәk başdaşım düz başımın tuşundan.
Xәbәrim olmayacaq o doğma kәndin daha
Yerdә hürәn itindәn, göydә uçan quşundan.

Nә yaxşı, nә pisindәn; nә qara, nә ağından –
Xәbәrim olmayacaq dünyanın heç nәyindәn;
O yağışın sübhәcәn aramsız yağmağından,
O yağışın sübhçağı qәfildәn kәsmәyindәn...

Vәssalam.
Kar olub da daha heç nә eşitmәm.
Kor olub da heç nәyi görmәm daha.
Vәssalam.

Vәssalam.
Lal olub da mәn daha kәlmә kәsmәm.
Susdum, İlahi, susdum. Әbsәm, әbsәm.
Vәssalam.
   514   515   516   517   518   519   520   521   522   523   524