Page 517 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 517
n sәni qadıntәk sevmirdim axı, Mahir N.Qarayev
Yamyaşıl yamactәk tapırdım sәni;
Ağzım sulanırdı... at kimi baxıb, 517
Ot kimi gözümә tәpirdim sәni.

Maşından, uçaqdan bab olmaz bizә,
Qanımız yaramır mühәrrik üçün;
Hәlә çox cavandıq onda, deyәsәn –
Sәn arvadlıq üçün, mәn әrlik üçün.

Atıl min belimә, min atlan bir az –
Sәninlә dünyanı hәrlәnim, dedim;
Sәn mәnim üstümdә arvadlan bir az –
Mәn sәnin altında әrlәnim, dedim...

...Şamı sönmüş evin girәcәyindә
Sәni hürkütmәsin bu yanıq iyi;
Bir ovuc külümü at pәncәrәdәn,
Unut bir bәdәnlik o sür-sümüyü...

Mәn sәni qadıntәk sevmirdim onda –
Mәn sәnә baxırdım gözәllik kimi;
Şam kimi yanmadım, sәnin yolunda
Yandırdım özümü üzәrrik kimi...

Nәsiminin qәtli

Soyun bu kafiri!
Sabaha qoymayın, sabahdan iraq!
Tövbә elәmәkdәn sapdırın bunu –
Göydәn Allah baxır...
Allahdan iraq!

Bir az da sabahın halına yanın –
Sabaha qoymayın, sabahdan iraq;
Nәfәsi bu günü murdarlayanın
Qanı da sabahı murdarlayacaq!
   512   513   514   515   516   517   518   519   520   521   522