Page 523 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 523
Akif Sÿmÿd

Nә oxuyur bu saz, bu tar? 523
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gәlsin...

Beşdimi

Mәni sәhv yazdığım misra yandırır,
O misra, görәsәn, birdi, beşdimi?
Dağın o üzündә noğul paylanır,
O üzә tәlәsәn birdi, beşdimi?

Çaxır çox qalanda sirkә yaranıb,
Pәlәngdәn әvvәlcә tülkü yaranıb,
Dünya gözәllәrlә birgә yaranıb,
Sayasan, dәrәsәn, birdi, beşdimi?

Dünya yaranışdan, Akif, sirdi sirr,
Sirlәrin әlindә olmuşuq yesir,
Güllü gözәllәrin telinә bir-bir
Güllәri hörәsәn, birdi, beşdimi?

Hardasan

Könlümә baxdım, görmәdim,
Әfәndim, xocam, hardasan?
Ömür binama hörmәdim,
Yüksәyim, ucam, hardasan?

Bir dağı aşıb qalmışam,
Eşqә yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Әlәmәm, xaçam, hardasan?
   518   519   520   521   522   523   524   525   526   527   528