Page 405 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 405
Zakir Fÿxri

Xoş gәldin, dәrdim, xoş gәldin! 405

Göylәrin yeddi qatından,
Qәriblәrin ovqatından.
Qәmlәrimin çatından
Keçib, sinәmә tuş gәldin,
Xoş gәldin, dәrdim, xoş gәldin!

Yelkәn oldun, üzdü gәmim,
Çiçәklәdi qüssәm, qәmim.
Tumurcuqladı qәlәmim.
Qaşsız baxtıma qaş gәldin,
Xoş gәldin, dәrdim, xoş gәldin!

Sәnsiz dünyam hәzin düşdü,
Hәr günümә hüzn düşdü.
Döndün, odun, közün düşdü.
Boş ruhuma savaş gәldin,
Xoş gәldin, dәrdim, xoş gәldin!

Üz tutdum Söz dәrgahına,
Od üçün köz dәrgahına…
Nәdәnsә öz dәrgahına
Qayıdıb әliboş gәldin,
Xoş gәldin, dәrdim, xoş gәldin!

Gözündәn yüz bulaq oydum,
İçdikcә demәdim doydum…
Mizan tәrәziyә qoydum.
Sevgimlә baş-başa gәldin,
Xoş gәldin, dәrdim, xoş gәldin!
   400   401   402   403   404   405   406   407   408   409   410