Page 410 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 410
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Mәn zalım adamam, kamança

Qardaşım ağaclar, bacım çiçәklәr.
Bir dә söz tutdu sizi,
söz tutdu, sevda qurutdu.
Üz tutub yüyürmәyin mәnә sarı,
bağlanıb gözümün yaş qapaqları.

Dünyanın bәla qapıları,
qala qapıları, daş qapıları,
yetim qapıları, boş qapıları
bağlanıb könlümә, bağlanıb,
410 bağlanıb gözümün yaş qapaqları.

Mәn söz balasıyam, zalım tifili,
sürüşüb alnımdan Allahın әli,
daha sәn dә,
sәn dә ağladammazsan mәni,
mәn zalım adamam, kamança.

Dünyada dәrd qalmayacaq

Dünyada dәrd qalmayacaq,
Bütün dәrdlәrin çarәsi
böyüyәcәk uşaqlarla.

Böyüyәcәk, böyüyәcәk...
Başımız açılacaq
dünyanın hay-küyündәn,
Uşaqlar tabutları alacaq
böyüklәrin çiynindәn.

Yaz mövsümlәri, payız sonları
dünyada söz qalmayacaq –
gözlәrimiz danışacaq.
   405   406   407   408   409   410   411   412   413   414   415