Page 414 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 414
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Bu dünyanın hәr üzünü görmüşәm

Mәnim yaşım uşaq yaşı deyil ki –
Hәr ağacın meyvәsini dәrmişәm.
Allah mәnә nә veribsә әzәldәn,
Mәn dә onu bu dünyaya vermişәm.

Baxmamışam şeytanların sözünә,
Düz baxmışam hәqiqәtin gözünә.
Ömrüm boyu sevәnlәrin üzünә,
Ürәyimi süfrә kimi sәrmişәm.

Bu yollarda kim ayılan, kim yatan,
414 Arzulara kim çatmayan, kim çatan.

Nә ölәnәm, nә itәnәm, nә batan,
Qızıl sözdәn qızıl divar hörmüşәm.

Çox sonalar uçurmuşam gölümdәn,
Alov çıxır içәrimdәn, çölümdәn.
Qorxum yoxdu ayrılıqdan, ölümdәn,
Bu dünyanın hәr üzünü görmüşәm.

Görәsәn

Ömrün axırına nә qalıb, görәn,
Ömrü ömür kimi sürәcәyәmmi?
Әtirli çöllәrin çıxıb qoynuna,
Yazda çiçәklәri dәrәcәyәmmi?

Dünyaya dağılan şeirlәrimi,
Ucalıb dağ olan şeirlәrimi,
Tәzәcә doğulan şeirlәrimi,
Qәlbin süfrәsinә sәrәcәyәmmi?

Qalmayıb dizimdә taqәtim, heyim,
Susub birdәfәlik kamanım, neyim.
Bu gün-sabahlıqdı, bәlkә, taleyim,
Görәsәn, sabahı görәcәyәmmi?
   409   410   411   412   413   414   415   416   417   418   419