Page 403 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 403
paqdan altun doğulur, Zakir Fÿxri
Daşlardan yaqut doğulur.
Nәdәnsә şair doğulan, 403
Çiynindә tabut doğulur.
Çox göynәtdi ürәk mәni,
Dәrdsiz ürәyә qurd düşәr…
Silkәlәmә, fәlәk, mәni –
Çiynimdәki tabut düşәr!..
Axirәt
Bir sәhәr yuxudan durarsan, qardaş,
Bilmәzsәn sәhәrdi,
ya axşamçağı…
Axar suların da
yolu dәyişib,
Görәrsәn әriyib Himalay dağı…
Yolların da sağı,
solu dәyişib,
Suların altında qalıb qәbirlәr,
Sular da qәbrinin üstündәn axır…
Ruhun da göylәrdәn
qәbrinә baxır…
Baxarsan, elә hey
gözün axtarar…
Amma görәrsәn ki,
Nә bir inni-cinni,
nә bir can qalıb.
Nә bәla, nә xәta,
nә dә qan qalıb...
Sularda ovulub,
әriyib hәr şey,
Nә sәs, nә bir sәda,
…kiriyib hәr şey.
Daşlar ağac olub,
ağaclar da daş…
Sәn özün-özündә
batmısan, qardaş!
Daşlardan yaqut doğulur.
Nәdәnsә şair doğulan, 403
Çiynindә tabut doğulur.
Çox göynәtdi ürәk mәni,
Dәrdsiz ürәyә qurd düşәr…
Silkәlәmә, fәlәk, mәni –
Çiynimdәki tabut düşәr!..
Axirәt
Bir sәhәr yuxudan durarsan, qardaş,
Bilmәzsәn sәhәrdi,
ya axşamçağı…
Axar suların da
yolu dәyişib,
Görәrsәn әriyib Himalay dağı…
Yolların da sağı,
solu dәyişib,
Suların altında qalıb qәbirlәr,
Sular da qәbrinin üstündәn axır…
Ruhun da göylәrdәn
qәbrinә baxır…
Baxarsan, elә hey
gözün axtarar…
Amma görәrsәn ki,
Nә bir inni-cinni,
nә bir can qalıb.
Nә bәla, nә xәta,
nә dә qan qalıb...
Sularda ovulub,
әriyib hәr şey,
Nә sәs, nә bir sәda,
…kiriyib hәr şey.
Daşlar ağac olub,
ağaclar da daş…
Sәn özün-özündә
batmısan, qardaş!