Page 402 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 402
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Çiynimdә tabut gәzirәm

Alışdım tәk daşımağa,
Çiynimdә yük daşımağa.
Yer yox bir tük daşımağa –
Çiynimdә tabut gәzirәm.

Dolaşıram dağı-daşı,
Nә zәr, nә yaqut gәzirәm.
Düyün-düyün yollarımı
Aça-aça oxuyan, bir
Kökdәn düşmüş ud gәzirәm –
Çiynimdә tabut gәzirәm.

402

Gәzirәm dörd bir tәrәfi,
Bilmirәm, yolum haradı?
Çәkir mәni sirr tәrәfi…
Ölümü gördüm, deyәsәn,
Görәsәn, ölüm haradı?

Suyuna dodaq dәymәmiş,
Köksünә ayaq dәymәmiş,
Sinәsinә ox dәymәmiş
Gözdәn uzaq yurd gәzirәm –
Çiynimdә tabut gәzirәm.

Dörd yana meydan sulayan,
Sәsi ruhumu dalayan,
Axirәt deyib ulayan
Yalqız qalmış Qurd gәzirәm –
Çiynimdә tabut gәzirәm.

Balalar çiçәk doğulur,
Gül doğulur balalar.
Balalar göyçәk doğulur.
…qul doğulur balalar.
   397   398   399   400   401   402   403   404   405   406   407