Page 34 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 34
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Mәhәmmәd Füzuli
(1494-1556)

34

Şair-filosof. Azərbaycan və türk ədəbiyyatı
tarixində Divan janrının banilərindən sayılır.
Әsərlərini üç dildə, qəzəl, qəsidə, müsəddəs,
tərkibbənd, tərcibənd və rübai janrında yazıb.
“Şikayətnamə” əsəri siyasi satira janrının ilk
nümunələrindəndir. Yaradıcılığının zirvəsi sayı-
lan “Leyli və Məcnun” poeması Azərbaycan,
eləcə də Şərq və dünya poeziyasının nadir inci-
ləri sırasına daxil edilib. İlk olaraq Nizami
Gəncəvi tərəfindən yazılı ədəbiyyata gətirilmiş
bu mövzu bir çox türk, fars, hind, özbək və tacik
şairləri tərəfindən qələmə alınsa da, Füzulinin
Azərbaycan dilində ərsəyə gətirdiyi bu əsər poe-
tik dərinliyi və orijinallığı ilə yazılanların
fövqündə dayanmağa davam edir.
   29   30   31   32   33   34   35   36   37   38   39