Page 37 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 37
Ìÿùÿììÿä Ôöçóëè

*** 37

Nә görәr әhli-cәfa mәndә vәfadәn qeyri.
Nә bulur şәmi yaqan kimsә siyadәn qeyri.

Ey olan sakini-mәscid, nә bulubsan bilmәn,
Buriyasında onun buyi-riyadәn qeyri.

Gәl xәrabatә, nәzәr saqiyә qıl kim, yoxdur,
Rüxi-safü meyi-safindә sәfadәn qeyri.

Sәrbәsәr vadiyi-mehnәtdirü qәm mülki-vücud,
Bir fәrağәt yeri yox, şәhri-fәnadәn qeyri.

Cümleyi-xәlq mәnә yar üçün әğyar oldu,
Qalmadı kimsә mәnә yar xudadәn qeyri.

Әzmi-kuyindә könül yarlıq istәr bizdәn,
Әlimizdәn nә gәlir xeyr-duadәn qeyri.

Fәrq imiş fәqr, Füzuli, şәrәfi-әhli-vücud,
Özünә eylәmә hәmdәm füqәradәn qeyri.

***

Heyrәt, et büt, surәtin gördükdә lal eylәr mәni,
Surәti-halım görәn surәt xәyal eylәr mәni.

Mehr salmazsan mәnә, rәhm eylәmәzsәn bunca kim,
Sayәtәk sevdayi-zülfün payimal eylәr mәni.

Zәfi-tale maneyi-tovfiq olur, hәr necә kim
İltifatın arizu-mәndi-vüsal eylәr mәni.

Mәn gәda sәn şahә yar olmaq yox, әmma neylәyim,
Arizu sәrkәşteyi-fikri-mühal eylәr mәni.
   32   33   34   35   36   37   38   39   40   41   42