Page 31 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 31
Øàù Èñìàéûë Õÿòàè

Gördünsә bir yerdә rәqib, 31
Neylәrsәn yüzünә baxıb,
Münkiri qatara çәkib
Getmә, qardaş, kәrәm eylә.

Xәtayim çağırır, әrә,
Dünya belә gәlmiş zira,
Arif оxun әbәs yerә,
Atma, qardaş, kәrәm eylә.

***

Aqil, gәl bәri, gәl bәri,
Gir könülә nәzәr eylә.
Görür göz, eşidir qulaq,
Söylәr dilә nәzәr eylә.

Başdır gövdәyi götürәn,
Ayaq mәnzilә yetirәn,
Dürlü mәslәhәt bitirәn
İki әlә nәzәr eylә.

Sufi isәn, alıb satma,
Hilalına haram qatma,
Yоlun әyrisinә getmә,
Dоğru yоla nәzәr eylә.
   26   27   28   29   30   31   32   33   34   35   36