Page 324 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 324
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

***

Sәbrimin әtәyiylә
Gözümü sildim, yetәr.
Bir ümidin yolunda
Ölüb-dirildim, yetәr.
Sirdi, hikmәtdi, nәdi...
Öyrәnib, bildim, yetәr.
Daha bildiklәrimi
Bәyan etmәk vaxtıdır.
Yerini bilmәyәnlәr
324 Özünü başda görür.
Haqqa nahaq deyәnlәr
Sülhü savaşda görür.
Әli gәlmir atmağa,
Günahı daşda görür.
Daşatan zamanlara
Qiyam etmәk vaxtıdır.

Dayan, qisas adamı,
Zamanla az kәllәlәş.
Dәniz kimi hirsini
Qumlara yaz, kәllәlәş.
Bәlkә, bәxtin gәtirdi,
Qәbrini qaz, kәllәlәş.
Doğru, dürüst, hәr nә var,
Yalan etmәk vaxtıdır.
   319   320   321   322   323   324   325   326   327   328   329