Page 321 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 321
Firuzÿ Mÿmmÿdli

İllәrin 321

Birdәn-birә nә düşmüşdü yadına,
Vәrәqlәdin keçmişini illәrin?!
Saydın, seçdin, seçmәlәdin nә yaxşı,
Әllisini, yetmişini illәrin?!

Bu seçdiyin ürәyincә deyilsә,
Әlә gәlәn gәrәyincә deyilsә,
Donluq olub, çörәyincә deyilsә,
Nә gәzirsәn itmişini illәrin?!

Nәyi vardı, xәlbirlәdin, әlәdin,
Acısını şirininә caladın.
Çağaydımı, laylaladın, bәlәdin,
Daha vaxtı ötmüşünü illәrin?

Sözgәlişi dedim bunu, incimә,
Hövüllәnmә savaşına, dincinә.
At zamanın sәnә düşәn küncünә
Gәlmişini, getmişini illәrin.

Nә qәdәr ki, yerişinlә dirisәn,
Canım-gözüm, beş adamdan birisәn.
Çәkmә, çәkmә... Çәkәmәzsәn geri sәn,
Ömrü talan etmişini illәrin.

Eh, il vardı, vaxt әlindә saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gәrәk onda arayaydın, gәzәydin,
Düzü әyri bitmişini illәrin.

Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda.
Qaytar geri, gözü qalıb yollarda,
Qәfil yada düşmüşünü illәrin.
   316   317   318   319   320   321   322   323   324   325   326