Page 304 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 304
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Ürәyә ismarıc

Cәnnәt Dәlidağda böyütdüm sәni,
Çeşmәlәr başında, güllәr içindә.
Ulular ruhundan fışqırıb gәlәn
Bayatı mayalı dillәr içindә.

Çәmini tez qurdum әrşi-fәlәklә,
Pәrvazın uyuşdu göydә mәlәklә,
304 Köksünә sığmayan bir dağ ürәklә
Necә bәxtәvәrdim ellәr içindә.

Mәnim dolub-daşan nәfәsim idin,
Lәşkәrlәr pozmağa sәn bәsim idin!
Dünyam batar olsa, qәvvasım idin,
Naçar qoyma mәni yollar içindә...
   299   300   301   302   303   304   305   306   307   308   309