Page 301 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 301
Mÿmmÿd Aslan

Yasәmәn işığında 301

Ürәklәr titrәdәn bu nәva hardan,
Hәlә cücәrmәmiş çöl-çәmәn bu yaz.
Hardan gәlib çıxdın, binәva, hardan?!
Yaman tәlәsmisәn, yasәmәn, bu yaz!

Bu, necә büsatmış, bu, nә cәlalmış!
Bir dәliqanlımı könlünü çalmış?!
Bu sevdadan boyun artmış-ucalmış,
Nә şux bәzәnmisәn, ay sәnәm, bu yaz!

Bir avaz vurnuxur könül simindә,
Çox naçar qalmışam gül tilsimindә.
Yarışa çıxmışıq yaz mövsümündә,
Ya sәn yuxalmısan, ya sinәm bu yaz.

Biz iki damlatәk göylәrdәn düşdük,
Tale rast gәtirdi: burda görüşdük.
Bir qüdrәt: – İç! – dedi. Biz dә ki, içdik!..
Ya tonqal çatılam, ya sönәm bu yaz.

Әhsәn bu şuxluğa, bu gözәlliyә!
Hәr salxımın mәlhәm bir tәsәlliyә!
Yüklü budaqların sınmasın deyә,
Qәbul etsәn, olum әsa mәn bu yaz.

Bir dә görüşәrik nә zaman görüm,
Sәnsiz nә göy görüm, asiman görüm!..
Ömrün uzun olsun, yasәmәn, görüm!
Düyünә sәn qәnşәr, yasa mәn bu yaz...

O qış yön verdi ki, bu yaza döndüm.
Әngin fәzalarda pәrvaza döndüm;
Fikirlәr içindә qәvvasa döndüm;
Bir özgә Mәmmәdәm, nәsә, mәn bu yaz.
   296   297   298   299   300   301   302   303   304   305   306