Page 299 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 299
Rÿfiq Zÿka Xÿndan

Çatdı yurdumuza şöhrәtin sәnin, 299
Çatdı sәhәr-sәhәr yellәr әsәndә.
Adınla fәxr etdi böyük Vәtәnin,
İndi söz mәnimdir, qulaq as sәn dә.

Güldü qәlbimizә hünәrin sәnin,
Gözәl yay gününün sәhәri kimi.
Alqışa layiqdir o mәrd әllәrin,
Bizim Koroğlunun әllәri kimi.

Bildi şöhrәtini ağsaçlı anan,
Köksünü dağ kimi verdi irәli.
Sәnә alqış deyib, әl çaldı bu an,
Qafqaz dağlarının şәlalәlәri.

Sәninlә fәxr edir mәnim dövranım,
Sәnsәn ana yurdun eşqi, dilәyi.
Sәnә halal olsun, ey qәhrәmanım,
Babәklәr yurdunun duzu, çörәyi.

Adını şeirlә mәn alqışladım,
Sәrv ağacı kimi ucaldı başım.
Sәnin dastanını belә başladım:
Sağ ol, Vәtәn oğlu, sağ ol, qardaşım!
   294   295   296   297   298   299   300   301   302   303   304