Page 307 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 307
idirsәnmi? Vaqif Sÿmÿdoülu
Amma necә eşidәsәn...
İki il 307
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız.
Bir yandan da bu yağış...

***
Telefon nömrәlәri
oxşamaz bir-birinә.
Amma hamısında
insan sәsi.

İnsan sәslәri
oxşamaz bir-birinә:
birindә sevinc,
birindә kәdәr.

Kәdәrlәr oxşamaz,
oxşamaz bir-birinә:
biri ümidsiz,
biri ümidli.

Ümidlәr
oxşamaz bir-birinә:
biri Allahdan asılı,
biri insan әlindәn.

İnsan әllәri
oxşamaz bir-birinә:
biri torpaq şumlayar,
biri insan ömrünü.

İnsan ömürlәri
oxşamaz bir-birinә:
biri yaşayar,
biri dözәr.
   302   303   304   305   306   307   308   309   310   311   312