Page 626 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 626
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

çünki mәn, mәn deyildim. Elә bil özüm yatıb özgәni oyatmışdım. Amma
sәnin atan hәmin gecәdәn sәsimi dә qıfılladı. Yetişib-dәymiş bir yad bәdәn
oldum. Elә bil dünyaya tәzәdәn gәlmişdim, anam da, atam da o kişiydi.
Amma sәn doğulanacan atan ayağını bulaq başından kәsmәdi.

Hәmin gün qapının arxasında gәzişәn atanın addımlarından savayı, bir
hәnirti yoxudu. Gәrәk insafla deyәm ki, o sәs ağrım tutandan bizlәydi. Sәnin
atan o gün evdәn çölә çıxmadı. Sonra bütün ömrü boyu mәnә nifrәt elәsә
dә, deyәsәn, hәmin gün sәnin atan öz taleyilә barışmışdı. Bizi sәn
birlәşdirmişdin. Amma sәsin çıxmırdı. Әvvәl elә bildim ölü doğulmusan.
Sәn tәrәfә baxmağa ürәk elәmirdim. İçimi yeyә-yeyә qalmışdım. Barı insaf
elәyib bir ağız ağlayaydın, mәnә ürәk-dirәk verәydin. Qapının dalından
gәlәn hәnirti dә kәsilmişdi. Deyәsәn, atan da kirimişcә dayanıb sәnin
ağlamağını gözlәyirdi. Amma sәn ağlamadın. Çünki binasını qoyduğun
626 ömründә birinci dәfәydi ki, biz sәndәn asılıydıq. Öz әvәzimә dә, öz әvәzinә
dә bәtnimdә sәni çox ağlatmışdım, bir cana yerlәşәn iki dәrdi tәk sәnә
daşıtdırmışdım. Keç günahımdan, dedim, üzümü çevirәndә sәnin gözlәrinlә
rastlaşdım. Dipdiri açılmış bir cüt bomboş, işıqsız göz idi. Görürdün, amma
baxmırdın. Bilirәm, bütün ömrün boyu çәkәcәyin әzabların qabağında
indidәn özünü yormağa qıymırdın.

Sonra atan da içәri girdi. Mәn o kişinin duruşunu ömrüm boyu yadım-
dan çıxara bilmәdim. Sәnin gözlәrinin qabağında o kişi dә tab gәtirә
bilmәdi. Qәflәtәn elә büzüşüb cılızlaşdı ki, sәni atıb öz cәlladımın kömәyinә
qaçmaq istәdim, ona qahmar çıxmaq istәdim. Yenә deyirәm, keç güna-
hımdan, amma hәmin gün sәn o bir qarış boyunla bizim ikimizdәn dә güc-
lüydün.

Sonra atan başını qaldırıb yazıq-yazıq gülümsündü, – göbәyi düşüb, –
dedi. Sәn göbәyini hәlә bәtnimdә salmışdın. Bunu tәkcә mәn bilirdim. O
kişinin hәdәlәri gәlib qulağına çatanda qorxmuşdun, ölü doğulacağından
qorxmuşdun. Amma hәmin gün sәn atanla ananın ilkbeşiyi oldun, dil tapıb
danışa bilmәdiyim o kişiylә mәni biryolluq barışdırdın. İndi hәr ay şәhәrdәn
gәlib satmaq istәdiyin bu evin özülü oldun. Deyәsәn, birinci kәrә gözünü
açıb gördüyün o uçuq-sökük daxmamız sәnin dә yadına gәlir. Atan sәni
mәnimlә tәk qoyub getmişdi. Ürәyimdә fikirlәşirdim ki, yәqin, yenә hardasa
bir qıraqda dayanıb bulaqdan qayıdan qızlara tamaşa elәyir. Amma qayıdıb
odun şәlәsini çiynindәn qoyanda, sobanı qalayıb pәncәrәnin sınıq-salxaq
şüşәlәrinә pambıq tıxayanda, bizә sarı baxıb yazıq-yazıq, – balama soyuq
olar, deyәndә başa düşdüm ki, indi belini büküb qabağımda dayanan bu
adamda dünәnәcәn gecәlәr qolları arasında sümüklәrim xırçıldayan o hirsli-
hikkәli kişidәn әsәr-әlamәt dә qalmayıb. Sәnin atan hәmin gündәn ayağını
   621   622   623   624   625   626   627   628   629   630   631