Page 70 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 70
Zakir F XRİ Zakir FAKHRI
DÜNYAYLA ÜZ-ÜZƏ
Üzünә, gözünә saçı dağılmış,
Taxtı viran olmuş, tacı dağılmış
Qonurgöz, qaraqaş bir qara oğlan
Dolaşar dünyanı, gәzәr biçarә,
Axtarar, dәrdlәrә tapammaz çarә.
Cüyürün qaçarı, quşun uçarı...
Qaraqaş, qonurgöz o qara oğlan
Əlindәn, dilindәn salıb itirәr
Bir eşqin sirrinә düşәn açarı.
Getdiyi yollar da dalınca qaçar,
Gәldiyi yollara könlünü açar.
Torpağında gәzәr, göyündә uçar
Qaraqaş, qonurgöz o qara oğlan.
Qonur gözlәrindә qara yaş gәzәr,
Qara ciyәrindә qara daş gәzәr.
Bu varlı dünyada cibi boş gәzәr
Qaraqaş, qonurgöz o qara oğlan.
70