Page 251 - Design_Xezer_1_2018_Layout 1
P. 251

Bu, özünü itirmiş                          Mikroblardan, divarlardan,
           qızcığazın ətriydi?                        qışdan, ya savaş meydanından?
           Hardan elə zəng tapım ki,                  Ölüm yaşamırmı
           sənin yuxularında səslənsin?               yetişmiş gilasın günəşində?
           Günəşdən portağallaracan
           neçə sferik metrdi?                        Sən heç hiss eləmirsən
           Kim oyadır, kim oyadır                     dənizin qəhqəhəsindəki təhlükəni?
           isti yatağında xoruldayan günəşi?          Təhlükə görmürsən
                                                      lalənin ipək qanında?
           Ruben Dario yaşıl idimi                    Alma ağacı niyə çiçəklənir –
           "Mavi" kitabını yazarkən?                  almada ölmək üçün?
           Doğrudanmı,                                Milçəklər incidəcəkmi arıları,
           Rembo – al-qırmızı,                        bal verməyi öyrənsələr?
           Qonqora – bənövşəyi,
           Hüqo – üçrəngliydi?                        Kim daha çox əzab çəkir –
           Doğrudanmı,                                hamını gözləyən, ya heç kəsi
           qara göz yaşlarıyla ağlayırdı Bodler?      gözləməyən?
           Varlıların yuxuları saxlanırmı             Görünməyən ulduz –                          251
           bir mineral seyfdə?                        intihar edənlərin göy üzüdürmü?             2018
           Niyə mən həmişə hərəkətdəyəm,
           ətaləti sevsəm də?                         Sübhə yaxın yuxunda
                                                      səni sevən o qız hanı?
           “Pablo Neruda” adlanmaqdan da              Hanı yuxumuza girənlər?
           sarsaq məşğuliyyət olarmı?                 Qonşunun yuxusunamı getdilər?
           Varmı bulud kolleksiyaçıları               Sən oyananda yenidən öləcək
           Kolumbiya səmasında?                       yuxunda yaşayan atan?

           Qəribə deyilmi ki,                         Hardadı o uşaq –
           səhrada səyyaha düşməndi günəş?            hələ də məndədi, ya gedib?
           Və qəribə deyilmi ki,                      O  uşaq bilirmi ki, biz heç vaxt
           bunca mehribandı xəstəxana bağında?        bir-birimizi sevməmişik?
                                                      Niyə bu neçə vaxtda
           Niyə ən yaxşı çaylar                       onunla bir yerdə böyüdük –
           Fransaya getdi axmağa?                     ayrılmaqçün?
           Niyə Gevari gecəsinin dalınca              Niyə ikimiz də ölmədik
           Boliviyada səhər açılmır?                  uşaqlığım ölərkən?
                                                      Niyə mən ruhdan düşəndə                       Pablo Neruda. Şeirlər
           Üzüm acı göz yaşı dadır                    yenə də dik durur skeletim?
           sürgünün ilk illərində?
           Həyat – bir-birindən fərqlənməyən          Kainatın sonundakı
           iki işıq arasında tuneldimi?               ölümdü, ya sonsuzluq?
           Hardan gəlir ölüm –                        Çiynimizdəki hansı yük daha ağırdı –
           aşağıdan, ya yuxarıdan?                    kədərin, ya yaddaşın yükü?
   246   247   248   249   250   251   252   253   254   255   256