Page 410 - Turk_Edebiyyati_Antologiyasi
P. 410
Türkiyə ədəbiyyatı antologiyası
410
ŞEİR SAVAŞLARIM
mәn yenә buralardayam, siz buradasınız,
o birilәr burada
o birilәr
corab geyәn, kitab oxuyan, nişan üzüyü,
gözlük taxanlar
gözәl beyni işlәyәn yaxşı adamlar
mәnim aclığımla qidalanan
havadakı vәziyyәtә görә din dәyişdirәn
boş vaxtlarda әzab çәkәnlәr
çoxalan
çoxala-çoxala tükәnәnlәr
növbәdә gözlәtdiyim duyğular, qorxun
xeyirxah adamam – bundan da qorxun
qәrbdә yoxsul, şәrqdә varlı, turnirlәrdә sonuncuyam
insan olmağa anadangәlmә istedadsız
içimiz mәsәlәsindә ciddiyәm.
yalnız kәdәrlәrә yardım edirәm
gözәllәşmә fürsәti düşәrsә әlinizә
qiymәtlәndirә bilәrәm
görürsünüz xırda-xuruş xoş niyyәtimlә
әlimdәn nә gәlirsә
çünki elә buradayam, yan-yörәnizdә
heyvanlıq ağlayır – bunu bilirsiniz
o birilәr ağlayır
amma mәnә inanmayın – rol oynayıram
çörәk yeyirәm, “necәsәn”lәrә tәşәkkür edirәm
körpәlәrә siqaret çәkmәyi öyrәdirәm
bütün bunlar bir yana
әslindә, yaxşı bir iş gәzirәm.