Page 413 - Turk_Edebiyyati_Antologiyasi
P. 413

413




                YAĞIŞ BU QƏDƏR İNCƏYKƏN


               Ağır açan gül qәdәr az ikәn mәrhәmәt
               Ölüm çox ağırdır, Allahım
               Ölüm çox ağırdır, әfv et.

               Xırda yağışla, Allahım
               Əlhәd daşında gül et mәni                             Hüseyn Altansoy
               Bir göyәrçin ehmalca
               Qaldırsın qırmızı paltarlarımı.

               İcazә versәn açılsın quş dili
               Oxusun hәzin, qәmli nәğmәlәr
               Zamanın süzgәcindәn keçәn bәdәnimi
               Dağıdıb sovursun ruhumla birgә yellәr.

               Heç bir sirrini әlә vermә
               Öl, ya ölümü tәqlid elә, ey surәtim.
               Dişlәri kilidlәnmiş, çәnәsi bağlı
               Ölünü yamsıla – bacara bilsәn
               Çünki ancaq
               Ölülәr dәqiq çıxır foto-şәkildә.



                           “LEHİNƏ”LİK


               Lehimә deyil heç şey sәn olmasan
               İçimdә, çölümdә böyüyür qәribә “leh”lik
               Ensәm qürbәtdә qışlaram
               Çıxsam hәr yer Allahın nәfәsi

               Aldığın nәfәsә salam olsun
               Sәn olmasan hәr sәhәr bazar ertәsi
               Yeridiyin yola salam olsun
               Sәn olmasan hәr yer bazar ertәsi.
   408   409   410   411   412   413   414   415   416   417   418