Page 416 - Turk_Edebiyyati_Antologiyasi
P. 416
Türkiyə ədəbiyyatı antologiyası
416
YETİM DAYÇA
Zamanı qat yerlәrindәn açsaq,
bilirsәnmi, o dünyәvi güldәn
iz qalmaz!
Qurtularıq belәcә ağırlıqlardan
Ruhumuz da yetim dayçalartәk
Hey ora-bura qaçmaz.
Bax zaman aşmalı oldu insan
Əzәlәlәrimdә çırpınarkәn qaranlıq,
Uğursuz bir insan. Özü olmayan
Digәrinin dә uçurumuna sığmaz.
Yarıyuxulu yerlәr… Ötәri tәmas!
Buralarda, bu mәhşәri-hәrf bazarında,
1
Şairә güzgüdәn başqa, heç nә satılmaz.
Torpaq, Su, Hava, Od… Dörd qәdim
ünsür – Ərz!.. Hamısından öyrәndiyim
yeganә sirr budur:
“Şәrqdә hәqiqәt güzgüsüz dәrk olunmaz”.
ƏBRU 2
Axşam. Sәrәncam! Bağ dağıdıldı. Qәm
süvarilәriyik biz… Bulud rәngi
miniatürdә daşlaşan
1 Mәhşәri-hәrf – hәrf mәhşәri, burada sözgülәşdirmә, söz yarışı
2 Əbru – kağız üzәrindә naxış salma