Page 419 - Turk_Edebiyyati_Antologiyasi
P. 419
419
ALPHA
Çaylara qarışan zәhәrli tullantılartәk
ağır-ağır axaraq qanıma qarışır
yoxluğun!
Heç soruşmadım, nәydi başqa libaslar içindә tapdığın Kiçik İskəndər
eyni asılqanla qarderoba qoyulan iki gözәl
koftaydıq biz
güvәyә bәnzәr bir şey oldu susqunluğun!.. anladım ki:
eşq naftalinlәnmirmiş heç vaxt, әgәr sübut
olunmursa suçun!
ARABESK
adımı ilk söylәdiyin gün
qan gәldi qulaqlarımdan o gecә
tәlәsik çıxıb evdәn
sәni gәzdim saatlarla
tapsam vuracaqdım
sәn ölüncә dodaqlarından öpәcәkdim,
mikrob düşmәsin deyә
yod mәhlulu çәkәcәkdim ağzıma
buna bütün әczaçılar gülәcәkdi
Allah bәlamı versin
sevirәm dә, neylәyim axı
qovuşmaq yalnız fәrziyyә, zәif ehtimal
hәsrәt hәrarәtli ilham, küskün xәyal
amma zülm edәn, qәhr edәn o mavi sәsin
“әzab çәkәcәksәn, yox olacaqsan” – deyir hәlә